Sektor müdiri / Maliyyə şöbəsi / Korporativ sistemlər və data idarəetməsi sektoru

Sektor müdiri / Maliyyə şöbəsi / Korporativ sistemlər və data idarəetməsi sektoru

  • Deadline 24 Avqust 2026

Əsas vəzifə öhdəlikləri:

  • Cəmiyyətdə istifadə olunan korporativ İT sistemlərinin (ERP, CRM və s.) fəaliyyətinə nəzarət etmək;
  • Məlumatların (data) düzgün idarə olunması, saxlanılması və təhlükəsizliyinin təmin edilməsi;
  • Analitik hesabat və məlumat sistemlərinin inkişafının təşkili və təkmilləşdirilməsi;
  • Korporativ sistemlərlə bağlı İT layihələrinin planlaşdırılması və effektiv idarə olunması;
  • Data standartlarının tətbiqi və məlumat keyfiyyətinə nəzarətin həyata keçirilməsi;
  • Aidiyyəti komandanın fəaliyyətinin təşkili, idarə olunması və koordinasiyası;
  • Biznes bölmələri ilə İT sistemləri arasında effektiv koordinasiyanın təmin edilməsi;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dili səlis, İngilis dili yaxşı;
  • Verilənlər bazalarının idarə olunması və məlumatların emalı üzrə bacarıq;
  • Data analitikası və hesabatlılıq alətləri ilə işləmək bacarığı;
  • İT layihələrinin planlaşdırılması və idarə olunması bacarığı;
  • Analitik düşünmə, problemhəlletmə, qərarvermə, effektiv kommunikasiya, komanda idarəetmə bacarıqları;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • İnformasiya texnologiyaları, kompüter elmləri və ya oxşar sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5-10 il, idarəetmə sahəsində minimum 2-5 il iş təcrübəsi;

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily1
  • Weekly572
  • Monthly2248