Əsas vəzifə öhdəlikləri:
- Cəmiyyətdə istifadə olunan korporativ İT sistemlərinin (ERP, CRM və s.) fəaliyyətinə nəzarət etmək;
- Məlumatların (data) düzgün idarə olunması, saxlanılması və təhlükəsizliyinin təmin edilməsi;
- Analitik hesabat və məlumat sistemlərinin inkişafının təşkili və təkmilləşdirilməsi;
- Korporativ sistemlərlə bağlı İT layihələrinin planlaşdırılması və effektiv idarə olunması;
- Data standartlarının tətbiqi və məlumat keyfiyyətinə nəzarətin həyata keçirilməsi;
- Aidiyyəti komandanın fəaliyyətinin təşkili, idarə olunması və koordinasiyası;
- Biznes bölmələri ilə İT sistemləri arasında effektiv koordinasiyanın təmin edilməsi;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili səlis, İngilis dili yaxşı;
- Verilənlər bazalarının idarə olunması və məlumatların emalı üzrə bacarıq;
- Data analitikası və hesabatlılıq alətləri ilə işləmək bacarığı;
- İT layihələrinin planlaşdırılması və idarə olunması bacarığı;
- Analitik düşünmə, problemhəlletmə, qərarvermə, effektiv kommunikasiya, komanda idarəetmə bacarıqları;
Tələb olunan təhsil və iş təcrübəsi:
- İnformasiya texnologiyaları, kompüter elmləri və ya oxşar sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5-10 il, idarəetmə sahəsində minimum 2-5 il iş təcrübəsi;
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.