Əsas vəzifə və öhdəliklər:
- Müxtəlif auditoriyalara uyğun təlim metodlarının seçilməsi və tətbiqi;
- Keçiriləcək müvafiq təlim və təlimatlar barədə aidiyyəti üzrə işçi heyətinin müvafiq qaydada melumatlandırılmasını təmin etmək;
- Vizuallar, praktiki nümunələr və interaktiv üsullardan istifadə edərək təlimlərin daha təsirli və yadda qalan formada çatdırılması;
- İştirakçıların fəallığını artırmaq üçün motivasiyaedici ünsiyyət və qrup işləri təşkil etmək bacarığı;
- Fərqli səviyyələrdə olan işçilərlə (işçi, mühəndis, menecer) effektiv ünsiyyət qurmaq və ehtiyaclarına uyğun məlumatı çatdırmaq;
- İllik və aylıq təlim planlarının hazırlanması, təlim cədvəllərinin tərtibi və icrasının effektiv şəkildə təşkili;
- Təlimlərin nəticələrinin qiymətləndirilməsi, iştirakçı performansının analizi və hesabatların hazırlanması;
- Fəaliyyət göstəricilərinə əsaslanaraq SƏTƏM təlimlərinin keyfiyyətinin və effektivliyinin artırılması istiqamətində təşəbbüslərin verilməsi;
- Struktur şöbə və bölmə rəhbərlərinin ve cavabdeh şəxslər tərəfindən aidiyyəti üzrə işçi heyətə keçirilmiş İş yerində təlimatların keçirilməsinə və qeydiyyatlarının aparılmasına aylıq nəzarət etmək;
- Səlahiyyətləri çərçivəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə müvafiq təlimatların hazırlanmasında iştirak etmək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə Cəmiyyətdaxili təlim proqramının hazırlanması və icrasını təmin etmək;
- Keçirilən təlimlər barədə müvafiq təlim materiallarını eləcə də, test suallarını hazırlamaq və aidiyyəti üzrə teqdim etmək;
- Keçirilmiş müvafiq təlimlər ilə bağlı elektron və yazılı məlumat bazasının yaradılması və bu məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə Cəmiyyətdaxili təlim proqramına uyğun olaraq keçirilmiş təlimlərin effektliliyini səlahiyyətləri çərçivəsində yoxlamaq;
- Struktur bölmələrdə zəruri olan təlimatlandırmaların keçirilməsi, təlimat jurnallarını yoxlamaq;
- Səlahiyyətləri çərçivəsində işçilərin əməyin mühafizəsi, ətraf mühit, elektrik təhlükəsizliyi, yanğından mühafizə üzrə təlimi və biliklərinin yoxlanılması işini təşkil etmək;
- SƏTƏM üzrə digər mütəxəssislərlə əməkdaşlıq etmək və ortaq məqsədlərə nail olmaq üçün komanda şəklində işləmək bacarığı olmalı;
- İşçilərin təhlükəsizliyə dair şüurunu formalaşdırmaq və onları davamlı olaraq maarifləndirmək bacarığı;
- Qanunvericilik aktları və normativ sənədlərlə işləmək bacarığı olmalı.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə;
- Microsoft Office proqramları üzrə biliklər;
- Müvafiq qanunvericilik aktlarını və normalarını bilməli;
- Beynəlxalq ISO 45001,9001,14001 Standartlarının tələblərini bilməli;
- Təlim metodologiyası bilikləri olmalı;
- Təlimçilər üçün təlim sertifikatı olmalı;
- Beynəlxalq təlim standartlarından məlumatlılıq və praktiki təcrübə olmalı;
- Davranış Əsaslı Təhlükəsizlik İdarəetmə (BBSM) təlim proqramı ilə praktiki təcrübə olmalı;
- Fərqli təlim metod bilikləri və praktiki təcrübəsi olmalı;
- Auditoriya ilə işləmə bacarığı olmalı;
- İştirakçılarla ünsiyyət zamanı dəqiq, aydın və lokanik olmalı;
- Heyətin təlim ehtiyaclarının qiymətləndirilməsi və ölçülməsi bacarmalı;
- Effektiv kommunikasiya, Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (müvafiq sahə üzrə) ;
- NVQ Level 4 xarici sertifikasiyası təhsili;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.
İş qrafiki:
- Növbəli iş rejimi.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.