Əsas vəzifə və öhdəliklər:
- Şöbənin ümumi fəaliyyətini təşkil etmək, işçilər arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək;
- Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələbləri əsasında həyata keçirilməsi məqsədi ilə hüquqi ekspertizaların aparılmasını,hüquqi risklərin dəyərləndirilməsi üzrə zəruri tədbirlərin icrasını təmin etmək
- Cəmiyyətin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəli müqavilələrin, əqdlərin, memorandum və bu qəbildən olan digər sənədlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə hazırlanmasını,yoxlanılmasını, o cümlədən müqavilələrin idarəçiliyi bağlı müvafiq işlərin həyata keçirilməsini təmin etmək və icrasına nəzarət etmək;
- Cəmiyyətin səlahiyyətlərinə aid olan məsələlərə dair bağlanmış müqavilələrin icrasından irəli gələn əlaqəli sənədlərin zəruri olduqda hüquqi ekspertizasının aparılmasını təşkil etmək, icraya nəzarət etmək;
- Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi, müxtəlif normativ aktların layihələrinin hazırlanmasını təşkil etmək, proseslərdə iştirak etmək, icraya nəzarət etmək;
- Cəmiyyətin satınalma prosesi ilə əlaqədar müvafiq hüquqi dəstək verilməsini təmin etmək;
- Cəmiyyətin İdarə Heyətinə təqdim edilməsi nəzərdə tutulan qərar, əmr, məktub, hüquqi akt və oxşar məzmunlu digər sənəd layihələrinin hazırlanmasını, baxış üçün təqdim edilmiş bu qəbildən olan sənədlərin yoxlanılmasını təşkil etmək, nəzarət etmək, layihələrə münasibət bildirmək;
- Şöbənin səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət qurumlarından, daxil olan məktub, sorğu və təklifləri qanunvericiliklə müəyyən edilmiş müddətdə araşdırılmasını təmin etmək, zəruri hallarda nəticələrinə dair rəhbərliyə məruzələr etmək;
- Azərbaycan Respublikasının yurisdiksiyasında olan məhkəmələrdə,o cümlədən dövlət orqanlarında və digər idarə, müəssisə və təşkilatlarda səlahiyyətləri çərçivəsində Cəmiyyətin qanuni manafeylərinin müdafiəsinin həyata keçirilməsini təşkil etmək;
- Cəmiyyətdaxili İMS sənədlərinin layihələrinin qanunvericiliyin və Cəmiyyətdaxili normativ sənədlərin tələblərinə uyğun tərtib edilməsinin təşkili, zəruri hallarda yoxlanılması və rəy bildirilməsi, icraya nəzarət
- Qanunvericilikdə baş verən yeniliklər üzrə əlavə və dəyişikliklərə dair qanunvericilik buraxılışlarının hazırlanaraq Cəmiyyətə təqdim edilməsini təmin etmək;
- Şöbənin səlahiyyətləri çərçivəsində Cəmiyyətin fəaliyyəti ilə əlaqədar investisiya qiymətli kağızları üzrə hüquqi prosedurların icrasını təmin etmək;
- Tapşırıq əsasında Cəmiyyətin idarə, nümayəndəlik və filialların, həmçinin törəmə cəmiyyətlərinin təsis edilməsi istiqamətində hüquqi rəy vermək və hüquqi şəxslərin təsisi ilə bağlı proseslərin təşkili və icrasına nəzarət, onların hüquqi məsələlər üzrə fəaliyyətinin təşkilinə dəstək olmaq və icrasına nəzarət etmək, həmçinin bu istiqamətdə zəruri tədbirləri icra etmək;
- Törəmə cəmiyyətlərin Ümumi Yığıncağında müzakirə olunan məsələlər üzrə müvafiq qərarların layihələrinin hazırlanmasını təşkil etmək və yoxlamaq;
- Tapşırığa uyğun olaraq Cəmiyyətin fəaliyyəti ilə bağlı olan müxtəlif mövzularda araşdırmalar aparılmasına, müvafiq hüquqi arayış, rəy və məlumatların hazırlanmasına nəzarət etmək və nəticələrini aidiyyəti üzrə təqdim etmək;
- Şöbənin səlahiyyətləri daxilində Cəmiyyətin Müşahidə Şurası və Ümumi Yığıncağı ilə fəaliyyətin təşkili və zəruri tədbirlərin icrası
- Şöbənin fəaliyyət təşkili və təkmilləşdirilməsinə dair rəhbərliyə təkliflər vermək;
- Şöbənin fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;
- Tapşırıq əsasında müvafiq lisenziya, icazələrin və sertifikatların alınmasını,əqli mülkiyyət sahəsində zəruri işlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə icra edilməsini təşkil etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri yaxşı səviyyədə tələb olunur.
- Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Planlama, Çeviklik, Analiz və problem həll etmə, Liderlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali hüquq təhsili tələb olunur
- Ümumi təcrübə müddəti - ən azı 8 il, Müvafiq sahə üzrə təcrübə müddəti - ən azı 6 il, İdarəetmə təcrübəsi - ən azı 4 il.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı müsahibə əsnasında təyin olunur.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq müraciətlərini göndərə bilərlər.