Əsas vəzifə öhdəlikləri:
- Şöbənin işinin keyfiyyətini qiymətləndirməsi və təkmilləşdirmə işləri ilə bağlı Şöbə müdirinə dəstək olmaq, bu istiqamətdə yeni mexanizmlər barədə Şöbə müdirinə təkliflər təqdim etmək;
- Şöbə işçiləri arasında iş bölgüsünü səmərəli təşkil edilməsi ilə bağlı Şöbə müdirinə dəstək olmaq;
- Tabeliyində olan işçilərin icra etdikləri tapşırıqların keyfiyyətini yoxlamaq və icrasına nəzarət etmək;
- Şirkətdə tətbiq edlən daxili nəzarət mexanizmlərinin işləkliyi üzrə monitorinq və təhlil tədbirlərinin və araşdırmaların aparılmasının təmin edilməsi, bu mexanizmlərin faktiki icrasına nəzarət edilməsi ilə bağlı Şöbə müdirinə dəstək olmaq, monitorinq və təhlil tədbirlərinin və araşdırmaların nəticələrini yoxlamaq, bununla əlaqədar olaraq Şöbə müdirinə təkliflər hazırlamaq, işçilərin rəylərini konsolidə olunmuş şəkildə Şöbə müdirinə təqdim etmək;
- Cəmiyyətin sabit və davamlı fəaliyyətini təmin etmək məqsədilə Şirkətdə güclü daxili nəzarət mühitini yaratmaq, bu mühitin işləkliyinin təmin edilməsi və təkmilləşdirilməsi ilə bağlı Şöbə müdirinə təkliflər təqdim etmək və bu prosesdə Şöbə müdirinə dəstək olmaq;
- Şirkətdə güclü daxili nəzarət mühitini yaratmaq, bu mühitin işləkliyinin təmin edilməsi və təkmilləşdirilməsi ilə bağlı Şöbə müdirinə təkliflər təqdim etmək;
- Korrupsiya xarakterli hallarla, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsilə, habelə nəzarət mexanizmlərində boşluqlarla qarşı adekvat mübarizə ilə bağlı, həmçinin effektiv tənzimləməni əhatə edən xüsusi daxili nəzarət sistemin formalaşdırması və bu sistemin mütəmadi olaraq təkmilləşdirməsi ilə bağlı Şöbə müdirinə təkliflər təqdim etmək;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq səmərəli fəaliyyətin həyata keçirilməsi məqsədi ilə effektiv mexanizmlərin əks olunduğu daxili normativ sənədləri təkmilləşdirməsini təmin edilməsində Şöbə müdirinə dəstək olmaq;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun digər aidiyyəti məsələlər ilə bağlı Şöbə müdirinə təkliflər vermək, Şirkətdə daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Şöbə müdirinin tapşırıq və göstərişlərini həyata keçirmək;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli və beynəlxalq qabaqcıl təcrübəni təhlil etmək və uyğun yeniliklərin tətbiqi məqsədilə Şöbə müdirinə təkliflər vermək;
- Aidiyyəti hesabatların və planların hazırlanması və rəhbərliyə təqdim edilməsini təmin etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili səlis, İngilis və Rus dilləri yaxşı səviyyədə olmalı.
- Müxtəlif peşə kvalifikasiyalarına (CIA, ACCA, CFA və s.) malik olmaq arzuolunandır.
- Korrupsiyaya qarşı mübarizəyə dair menecment sisteminin (ISO 37001:2025) tələblərini bilməli.
- Microsoft Office, digər audit və statistik proqramlarda işləmək bacarığı olmalı.
- Şirkətin biznes modelini anlamalı, ağır sənaye və dağ-mədən sahəsi barədə məlumatlı olmalı.
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və hesabat yazma səriştəsi.
- Təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, hesabat yazma səriştəsi, məsuliyyət, əməkdaşlıq, innovativlik, dürüstlük, çeviklik, nəticə yönümlülük, təşəbbüskarlıq, analiz və problem həll etmə bacarığı, planlama səriştəliklərinə malik olmalıdır.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil - İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və ya Mühəndislik yönümlü ixtisaslar üzrə
- Müvafiq sahə üzrə təcrübə müddəti: Minimum 4 il
- İdarəetmə təcrübəsi: Minimum 3 il
- Ümumi təcrübə müddəti: Minimum 6 il
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
- Korporativ nömrə.
- Ay ərzində 2 dəfə hibrid iş rejimi.
- Dəyişkən iş qrafiki.
- Tibbi sığorta.
- Parkinq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.