Yükqaldırma mühəndisi / Çovdar inteqrəolunmuş regional emal sahəsi / Emal bölməsi

Yükqaldırma mühəndisi / Çovdar inteqrəolunmuş regional emal sahəsi / Emal bölməsi

  • Deadline 17 Noyabr 2025

Əsas vəzifə və öhdəliklər:

  • Bütün yükqaldırma əməliyyatları üçün yükqaldırma planlarını hazırlamaq və risklərin qiymətləndirilməsini həyata keçirmək;
  • Sahədə həyata keçirilən bütün yükqaldırma əməliyyatları üçün cavabdehlik daşımaq;
  • Sahə üzrə bütün ümumi və spesifik yükqaldırma planlarının, həmçinin risklərin qiymətləndirilməsi sənədlərinin hazırlanmasını təmin etmək, onların qeydiyyatını aparmaq, müvafiq yeniləmələri izləmək və bütün dəyişiklikləri müvafiq jurnalda dəqiq, ardıcıl və izlənilə bilən şəkildə sənədləşdirmək.
  • Kranların və yüktutucu vasitələrin "LOLER" (Lifting Operations and Lifting Equipment Regulations) standartlarına uyğun yoxlanması;
  • Stasionar qaldırıcı sistemlərin (kranlar, elektrikli qaldırıcılar) texniki müayinəsini və bərpasını təşkil etmək;
  • Bütün yükqaldırma əməliyyatları zamanı İcraçı məsul şəxs kimi fəaliyyət göstərməli və cavabdehlik daşımalıdır;
  • Yüktutucu avadanlıqların invertarına nəzarət etmək və sifarişində iştirak etmək;
  • Şirkətin təhlükəsizlik prosedurlarına (SƏTƏM) riayət etmək.
  • İşçilərə ilk yardım və təxliyyə təlimatları vermək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Microsoft Office proqramları üzrə işləmək bacarığı;
  • Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı;
  • Məsuliyyətlilik, əməkdaşlıq, çeviklik, məqsədyönlülük, operativlik;
  • Yük hesablamaları, ağırlıq mərkəzinin müəyyən edilməsi, qaldırma nöqtələrinin seçilməsi və qaldırma-ötürmə sxemlərinin hazırlanması üzrə dərin nəzəri və praktiki biliklərə malik olmaq.
  • Yükqaldırma əməliyyatları üzrə Məsul şəxs( Appointed Person Lifting Operaitons) sertifikatı olmalıdır;
  • LOLER (Lifting Operations and Lifting Equipment Regulations), 2PUWER (Provision and Use of Work Equipment Regulations),ISO 45001: Təhlükəsizlik və Sağlamlıq
  • İdarəetmə Sistemi və s.sertifikatlardan birinin olması arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Mühəndislik ixtisasları üzrə ali təhsil
  • Müvafiq və uyğun sahə üzrə 1 il iş təcrübəsi.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily22
  • Weekly578
  • Monthly1575