Baş Şəbəkə administratoru

  • Deadline 6 Aprel 2026

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Baş Şəbəkə administratoru

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (texniki təhsil arzuolunandır);
  • Şəbəkə və şəbəkə təhlükəsizliyi sahəsində minimum 5 il praktiki iş təcrübəsi;
  • Cisco CCNA, CCNP Enterprise (ENCOR, ENARSI), CCNP Data Center, PCNSE sertifikatlarına malik olmaq üstünlükdür;
  • Palo Alto Firewall sistemləri ilə dərin praktiki təcrübə (policy design, security profiles, NAT, VPN, HA, troubleshooting, QoS);
  • Cisco Router və Switch infrastrukturu ilə iş təcrübəsi (Routing, Switching, VRF, OSPF, BGP);
  • Cisco ACI mühitində əsas anlayışlar və əməliyyat bacarıqları (fabric, tenant, EPG, contracts);
  • Cisco ISE ilə iş təcrübəsi (802.1X, NAC, profiling);
  • Firewall və şəbəkə təhlükəsizliyi konsepsiyalarını yaxşı səviyyədə bilmək
  • VPN texnologiyaları üzrə təcrübə (IPsec Site-to-Site, Remote Access VPN);
  • Load Balancing sistemləri ilə iş bacarığı (Citrix NetScaler/ADC);
  • VoIP sistemləri üzrə anlayış və praktiki təcrübə (3CX, Cisco CUCM);
  • Wireless şəbəkələr üzrə biliklər;
  • Şəbəkə ilə bağlı texniki sənədləşmə və diaqramların hazırlanması və yenilənməsi bacarığı;
  • Kritik infrastruktur mühitində işləmək təcrübəsi;
  • İngilis dili – texniki səviyyədə (dokumentasiya oxuma, vendor support ilə ünsiyyət);
  • Komandada işləmək, analitik düşüncə və problem həll etmə bacarığı.

Vəzifə üzrə öhdəliklər:

  • Şirkətin mövcud şəbəkə və təhlükəsizlik infrastrukturunun dizaynı, konfiqurasiyası və idarə edilməsi;
  • Palo Alto firewall-lar üzərində gündəlik əməliyyatlar, optimizasiya və təhlükəsizlik siyasətlərinin idarə olunması;
  • Cisco Router, Switch, ACI və ISE sistemlərinin konfiqurasiyası və texniki dəstəyi;
  • Şəbəkənin 7/24 yüksək əlçatanlıq və stabil fəaliyyətinin təmin edilməsi;
  • Kritik hallarda nasazlıqların sürətli diaqnostikası və aradan qaldırılması;
  • Proaktiv monitorinq, profilaktik texniki baxış və optimallaşdırma işlərinin aparılması;
  • Şəbəkə təhlükəsizliyi risklərinin analiz edilməsi və aradan qaldırılması;
  • Vendor və texniki dəstək komandaları ilə koordinasiya;
  • Dəyişikliklərin idarə edilməsi (change management) və sənədləşdirilməsi;
  • Şəbəkə üzrə standartlar, prosedurlar və texniki dokumentasiyanın hazırlanması və yenilənməsi.

Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily58
  • Weekly531
  • Monthly534