Vəzifəyə olan tələblər:
- Ali təhsil (İT, Kompüter elmləri və ya aidiyyəti sahə üzrə);
- Oracle DBA sahəsində minimum 1–3 il praktiki iş təcrübəsi;
- Oracle Database 12c və 19c versiyalarının administrasiyası üzrə yaxşı səviyyədə biliklər;
- RMAN üzrə praktiki biliklər;
- Oracle Data Guard / Standby Database üzrə anlayış və praktiki təcrübə;
- ASM (Automatic Storage Management) üzrə əsas biliklər;
- Linux (Red Hat) əməliyyat sistemi üzrə administrativ biliklər;
- Texniki sənədlərlə işləmək üçün ingilis dili biliyi;
- PostgreSQL,Clickhouse və MySQL üzrə ilkin biliklər üstünlükdür;
- Oracle sertifikatlarının (OCA və s.) olması üstünlük hesab olunur.
Vəzifə öhdəlikləri:
- Verilənlər bazalarının quraşdırılması, konfiqurasiyası və gündəlik administrasiyası;
- Backup & Recovery əməliyyatlarının icrası və nəzarəti;
- Verilənlər bazalarının monitorinqi və ilkin problemlərin aradan qaldırılması;
- Data Guard / Standby mühitlərinin müşayiəti və nəzarəti;
- Verilənlər bazası mühitində təhlükəsizlik və məlumatların bütövlüyünün qorunması;
- Patching və planlı texniki işlərdə iştirak;
- Texniki sənədlərin hazırlanması və yenilənməsi.
Namizədlər Müraciət Et düyməsində göstərilən link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.