Vəzifəyə olan tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə);
 - İdarəçilik sahəsində 3 il iş təcrübəsi;
 - Layihənin və komandanın idarə olunmasının əsas prinsipləri haqqında anlayışlar;
 - Keyfiyyətli dəyişikliklərin qiymətləndirilməsi bacarığı;
 - Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti;
 - Rus və ingilis dili bilikləri arzuolunandır;
 - Yaxşı ünsiyyət, fikirlərini aydın və düzgün ifadə etmək bacarığı.
 
Vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyətinin qanunvericiliyin və digər normativ tələblərə uyğunlaşdırılmasını təmin etmək;
 - Şirkət adından bağlanacaq müqavilələrin tərtib edilməsi və imzalanmasına daxili qaydalara uyğun şəkildə təmin və nəzarət etmək;
 - Hüquqi işlərə metodiki rəhbərlik edilməsi, struktur bölmələrə hüquqi yardım göstərilməsi, hüquqi məsələlərə dair müraciətlərin qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak edilməsi;
 - Məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirib və təhlil edilməsi üçün müvafiq bölmələrinə təqdim edilməsi;
 - Təsərrüfat müqavilələrinin bağlanılması işində hüquqi əsaslandırılmış rəyin verilməsi, kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında iştirak edilməsi;
 - Hüquqi məsələlərə dair müraciətlərə cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edilməsi;
 - Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini, eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatların aparılması;
 - Qanunvericilikdə nəzərdə tutulmuş hesabatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsini təmin etmək;
 - Hüquqi sənədlərin qanunvericiliyə və Şirkətin fəaliyyətini tənzimləyən aktlara müvafiq qaydada tərtibinə və yenilənməsinə nəzarət;
 - Kargüzarlıq və arxiv işlərinin aparılmasına nəzarət.
 
Namizədlər Müraciət Et düyməsində göstərilən link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.