IFRS üzrə aparıcı mühasib.

  • Deadline 2 İyul 2026

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: IFRS üzrə aparıcı mühasib.

Vəzifəyə olan tələblər:

  • Ali təhsilli;
  • Maliyyə sahəsində 1-3 il iş təcrübəsi;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə biliklər;
  • Maliyyə uçotu üzrə beynəlxalq sertifikatların olması (ACCA FA, FR);
  • Dəqiqlik, diqqətlilik, planlama, böyük həcmli məlumat ilə işləmə qabiliyyəti;
  • MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları.

Vəzifə öhdəlikləri:

  • IFRS (MHBS) üzrə uçotun aparılmasında iştirak;
  • IFRS (MHBS) əsasında aylıq maliyyə hesabatlarının və təqdimatlarının hazırlanması;
  • Ayın bağlanması prosesində iştirak;
  • Qanunvericiliyə əsasən hesabatların hazırlanması;
  • İllik büdcənin hazırlanması prosesində iştirak, aylıq plan-fakt analizinin aparılması və hesabatların formalaşdırılması;
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly305
  • Monthly305