Kiber təhlükəsizlik üzrə administrator

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kiber təhlükəsizlik üzrə administrator

  • Истекает 6 декабрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri: 

  • NGFW, e-mail/web security gateway, PAM, WAF kimi qabaqcıl kibertəhlükəsizlik alətlərinin layihələndirilməsi, tətbiqi, konfiqurasiyası və idarəedilməsi. Bu alətlərin yüksək keyfiyyətdə işləməsini təmin etmək və problemlərin aradan qaldırılması üzrə operativ tədbirlər görmək;
  • İKT infrastrukturunun qəza və xətalardan bərpa proseslərinə rəhbərlik edərək davamlılığı təmin etmək;
  • Digər mühafizə vasitələri və idarəetmə sistemləri ilə inteqrasiyaları planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
  • Sistem girişinə nəzarət etmək və informasiya təhlükəsizliyi alətlərindən istifadə etməklə sistemin bütövlüyünü qorumaq;
  • Təhlükəsizlik alətlərindən gələn “alert”-lara cavab vermək və riskləri vaxtında aradan qaldırmaq;
  • Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC) komandası ilə əməkdaşlıq edərək insidentlərə cavab vermək, potensial təhdidləri müəyyənləşdirmək və onların həllini koordinasiya etmək;
  • SOC çərçivəsində müştərilərə texniki konsultasiyalar verərək təhlükəsizlik mövqeyinin optimallaşdırılması üçün tövsiyələr vermək.

Vəzifəyə olan tələblər:

  • Texniki sahədə, xüsusən İT və ya Kibertəhlükəsizlik üzrə ali təhsil;
  • Kiber təhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi;
  • E-mail/web security gateway, NGFW, PAM və ən azı iki əlavə kibertəhlükəsizlik aləti (məs. UEBA, DAM, FIM, DLP, EPP/EDR) ilə iş təcrübəsi;
  • Təhlükəsizlik sistemlərinin yaradılması prinsiplərini və praktiki kibertəhlükəsizlik metodlarını (hücumların aşkarlanması və onlardan qorunma üsulları) düzgün analiz etmək bacarığı;
  • Oracle, Postgres və ya MS SQL kimi ən azı bir məlumat bazası idarəetmə sistemində administrator səviyyəsində biliklər;
  • Şəbəkə texnologiyaları üzrə əsas biliklər, infrastruktur təhlükəsizliyi üzrə praktiki biliklər.

Üstünlüklər:

  • Kibertəhlükəsizlik üzrə sertifikatların mövcudluğu (CEH, CISSP, CCNA Security, PCNSA/PCNSE və s.);
  • SOC mühitində və insidentlərin idarəedilməsində təcrübə.

Namizədlərdən CV-lərini “Kiber təhlükəsizlik üzrə administrator” mövzusu ilə elektron poçt ünvanına göndərmək xahiş olunur. 

  • Daily0
  • Weekly330
  • Monthly495