Vəzifə öhdəlikləri:
- NGFW, e-mail/web security gateway, PAM, WAF kimi qabaqcıl kibertəhlükəsizlik alətlərinin layihələndirilməsi, tətbiqi, konfiqurasiyası və idarəedilməsi. Bu alətlərin yüksək keyfiyyətdə işləməsini təmin etmək və problemlərin aradan qaldırılması üzrə operativ tədbirlər görmək;
- İKT infrastrukturunun qəza və xətalardan bərpa proseslərinə rəhbərlik edərək davamlılığı təmin etmək;
- Digər mühafizə vasitələri və idarəetmə sistemləri ilə inteqrasiyaları planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
- Sistem girişinə nəzarət etmək və informasiya təhlükəsizliyi alətlərindən istifadə etməklə sistemin bütövlüyünü qorumaq;
- Təhlükəsizlik alətlərindən gələn “alert”-lara cavab vermək və riskləri vaxtında aradan qaldırmaq;
- Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC) komandası ilə əməkdaşlıq edərək insidentlərə cavab vermək, potensial təhdidləri müəyyənləşdirmək və onların həllini koordinasiya etmək;
- SOC çərçivəsində müştərilərə texniki konsultasiyalar verərək təhlükəsizlik mövqeyinin optimallaşdırılması üçün tövsiyələr vermək.
Vəzifəyə olan tələblər:
- Texniki sahədə, xüsusən İT və ya Kibertəhlükəsizlik üzrə ali təhsil;
- Kiber təhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi;
- E-mail/web security gateway, NGFW, PAM və ən azı iki əlavə kibertəhlükəsizlik aləti (məs. UEBA, DAM, FIM, DLP, EPP/EDR) ilə iş təcrübəsi;
- Təhlükəsizlik sistemlərinin yaradılması prinsiplərini və praktiki kibertəhlükəsizlik metodlarını (hücumların aşkarlanması və onlardan qorunma üsulları) düzgün analiz etmək bacarığı;
- Oracle, Postgres və ya MS SQL kimi ən azı bir məlumat bazası idarəetmə sistemində administrator səviyyəsində biliklər;
- Şəbəkə texnologiyaları üzrə əsas biliklər, infrastruktur təhlükəsizliyi üzrə praktiki biliklər.
Üstünlüklər:
- Kibertəhlükəsizlik üzrə sertifikatların mövcudluğu (CEH, CISSP, CCNA Security, PCNSA/PCNSE və s.);
- SOC mühitində və insidentlərin idarəedilməsində təcrübə.
Namizədlərdən CV-lərini “Kiber təhlükəsizlik üzrə administrator” mövzusu ilə elektron poçt ünvanına göndərmək xahiş olunur.