“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Referent-katib
Vəzifəyə olan tələblər
- Ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək (yazılı və şifahi);
- Referent-katib, katib və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi;
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook) ilə yüksək səviyyədə işləmək bacarığı;
- Sənəd dövriyyəsi (kargüzarlıq) qaydalarını və ofis işlərinin aparılmasını bilmək;
- Yüksək ünsiyyət qabiliyyəti, nəzakətli və peşəkar davranış.
Vəzifə öhdəlikləri
- Rəhbərin görüşlərinin planlaşdırılması və idarə edilməsi, tapşırıqlarının vaxtında yerinə yetirilməsi;
- Qonaqların qarşılanması və yönləndirilməsi;
- Rəhbərin ezamiyyət və səfərlərinin təşkili (bilet, otel, vizalar və s.);
- Yazışmaların (elektron və kağız formatda) aparılması;
- Rəhbərliyin tapşırığına əsasən daxili və xarici əməkdaşlarla əlaqənin saxlanılması.
Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.