Azericard Azericard
  • 195

Testləşdirmə və keyfiyyət təminatı bölməsinin baş mütəxəssisi

Testləşdirmə və keyfiyyət təminatı bölməsinin baş mütəxəssisi

  • Deadline 5 İyun 2026

Hal-hazırda aktiv olan vakansiya: Testləşdirmə və keyfiyyət təminatı bölməsinin baş mütəxəssisi

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (Kompyüter elmləri, İnformasiya texnologiyaları və müvafiq sahələr üzrə olması arzuolunandır);
  • Minimum 5 il QA sahəsində iş təcrübəsinin olması;
  • Test metodologiyalarının, avtomatlaşdırma alətlərinin (Selenium, JMeter, Cypress və s.) dərin bilikləri;
  • Java, Python, JavaScript, SQL, Shell scripting bilikləri, sadə proqramların yazılması üstünlükdür;
  • Postman ilə json, xml sorğuların testləşdirilməsi üzrə təcrübənin olması;
  • Linux administrator sahəsi üzrə biliklərin olması üstünlükdür;
  • İngilis və Rus dillərinin texniki səviyyədə olması arzuolunandır; 
  • Ödəniş sistemləri, prosessinq mərkəzləri və PCI DSS standartları üzrə biliklərin olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Test planlarının və ssenarilərinin hazırlanması, icrası və nəticələrin təhlili;
  • Avtomatlaşdırılmış testlərin qurulması və optimallaşdırılması;
  • QA komandasının idarə olunması, iş bölgüsünün aparılması və performansın izlənməsi;
  • Sistemlərin beynəlxalq standartlara uyğunluğunu təmin etmək;
  • İstismar zamanı yaranan problemlərin araşdırılması və həllinə dəstək vermək.

Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily28
  • Weekly436
  • Monthly569