Tələblər:
- Təhsil: Ali təhsil (tibbi, biomedikal mühəndislik, iqtisadiyyat, loqistika, menecment və ya biznesin idarə edilməsi sahəsində olması arzuolunandır)
- Dil bilikləri: Azərbaycan dili -səlis, Rus və ingilis dilləri – orta səviyyədə (Intermediate / B1–B2: şifahi və yazılı işgüzar kommunikasiya bacarığı).
- İdxal/ixrac əməliyyatları və ilkin sənədləşmə qaydaları haqqında anlayış.
- Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office (xüsusilə MS Excel) proqramlarında sərbəst işləmək qabiliyyəti (1C və ya ERP sistemləri biliyi üstünlükdür).
Vəzifə Öhdəlikləri:
- Şirkətin layihələri üçün xarici və yerli bazardan tələb olunan tibbi avadanlıqların satınalınması prosedurlarının bütün mərhələlərinin həyata keçirilməsi:
- Müştərilərdən və şirkətin daxili şöbələrindən tibbi avadanlıqla bağlı sorğuları dəqiqliklə qəbul etmək;
- Müştərinin və daxili şöbələrin tələblərinə uyğun olaraq avadanlığın spesifikasiyalarını dəqiqləşdirmək;
- Daxil olmuş sorğulara əsasən xarici və yerli tbbi avadanlıq istehsalçıları və təchizatçıları ilə əlaqə yaratmaq;
- Müştərilərə sorğuları ilə bağlı kommersiya təkliflərini hazırlayıb təqdim etmək və təklifləri aktiv olaraq təqib etmək;
- Xarici və yerli şirkətlərə avadanlıqların satınalınması üçün sifarişləri yerləşdirmək, bunun üçün tələb olunan bütün sənədləri, o cümlədən müqavilələri hazırlamaq;
- Sifarişlərin istehsal prosesini təqib etmək və daşınması üçün hazırlıq vəziyyətini
nəzarətdə saxlamaq; - Yüklərin daşınması prosesinin (ölkədaxili və beynəlxalq) təşkil etmək, logistika şöbəsi ilə koordinasiya etmək və izləmək;
- Müşayiətedici sənədlərin (hesab-faktura, qaimə, CMR, spesifikasiya) şirkətin üçün istehsalçılardan alınması, yoxlanılması və müvafiq şöbələrə (logistika şöbəsi, mədaxil şöbəsi, anbar) təqdim etmək;
- Tibbi avadanlıqların müştərilərə təhvilini təşkil etmək və bu prosesin təmin edilməsi üçün müştərək şöbələrlə (anbar, mühasibatlıq, texniki servis və s.) koordinasiyanı təşkil etmək.
İş şəraiti:
- Əməkhaqqı: 1200-2000 AZN, Müsahibə əsasında (namizədin təcrübəsinə və səriştələrinə uyğun olaraq).
- İş qrafiki: 5/2 (09:00 – 18:00).
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Gömrük işlərinə nəzarət üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər.
Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.