İş şəraiti
- İş yeri: Ziya Bünyadov pr. 2082, Dərnəgül şossesi
- İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
Əsas vəzifə öhdəlikləri:
- Xarici təchizatçılarla əlaqələrin qurulması və idarə olunması
- İdxalat sifarişlərinin həyata keçirilməsi, nəqliyyat və logistika proseslərinin təşkili
- Gömrük rəsmiləşdirilməsi üçün zəruri sənədlərin hazırlanması və prosesə nəzarət
- Müqavilə və kommersiya sənədlərinin (proforma invoice, packing list və s.) hazırlanması və yoxlanması
- İdxal olunan məhsulların keyfiyyətinə və vaxtında çatdırılmasına nəzarət
- Təchizatla bağlı risklərin analiz edilməsi və idarə olunması
- Aylıq və ya layihə üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizəddən tələblər:
- Ali təhsil (İqtisadiyyat, Beynəlxalq ticarət, Logistika və s. üzrə)
- İdxalat və gömrük prosedurlarında minimum 2-3 il iş təcrübəsi
- Xarici partnyorlarla yazılı və şifahi ünsiyyət bacarığı
- İngilis və/ya Rus dili bilikləri
- MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə Excel)
- Məsuliyyətli, analitik düşüncəli və təşəbbüskar olmaq
Müraciət:
- Uyğun namizədlər CV-lərini “İdxalat üzrə menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.