İş qrafiki: Tam iş günü
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
Şirkətimiz kommersiya fəaliyyətinin idarə edilməsi, satış strategiyalarının hazırlanması və biznesin inkişafı istiqamətində təcrübəli, nəticəyönümlü və güclü liderlik bacarıqlarına malik Kommersiya Direktoru axtarır.
Vəzifə öhdəlikləri
- Şirkətin kommersiya strategiyasının hazırlanması və həyata keçirilməsinin təmin edilməsi;
- Satış və gəlirlilik hədəflərinin müəyyənləşdirilməsi, icrasına nəzarət;
- Yeni müştərilərin və biznes tərəfdaşlarının cəlb edilməsi;
- Mövcud müştərilərlə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi;
- Satış komandasının idarə olunması, motivasiyası və fəaliyyətinin qiymətləndirilməsi;
- Bazarın, rəqiblərin və müştəri tələbatının təhlil edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və müqavilə danışıqlarının aparılması;
- Satış nəticələrinin təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
- Şirkətin bazar payının və kommersiya gəlirlərinin artırılması istiqamətində tədbirlərin görülməsi.
Namizədə tələblər
- Biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya müvafiq sahə üzrə ali təhsil;
- Kommersiya və ya satış sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə idarəetmə təcrübəsi;
- Strateji planlaşdırma və komanda idarəetmə bacarıqları;
- Yüksək səviyyədə danışıqlar aparmaq və təqdimat bacarıqları;
- Analitik düşüncə, qərarvermə və nəticəyönümlülük;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək.
Vakansiya ilə maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kommersiya Direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.