Tələblər:
- Müvafiq ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
- Restoran sahəsində ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini və digər mühasibatlıq qanunvericiliyini bilmək;
- BTP, e-gov, e-taxes, e-social portalları ilə işləmək bacarığı;
- MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
- Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik.
Vəzifələr:
- Mühasibat uçotunun aparılması və sənədlərin düzgün şəkildə rəsmiləşdirilməsi;
- Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və təqdim olunması;
- Kassa, bank, mal qalığı və digər daxili hesabatların hazırlanması;
- Gündəlik maliyyə əməliyyatlarının icrası və nəzarəti;
- Rəhbərliyə aylıq hesabatların təqdim olunması;
- Restoran üzrə gündəlik gəlir-gider əməliyyatlarının izlənməsi.
İş şərtləri:
- İş qrafiki 5 günlük 09:00-18:00
- İş yeri dərnəgüldə yerləşir.
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
Uyğun namizədlər cv-lərini “mühasib” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt adresinə göndərə bilərlər.