Aparıcı mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühasib

  • Deadline 11 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Debitor və kreditorların nəzarətdə saxlanılması, məlumatların üzləşdirilməsi, sənəd dövriyyəsinin idarəedilməsi;
  • Anbara daxil olan və anbardan çıxan mal-materiallara nəzarət;
  • İdxal edilən ehtiyyat hissələrinin kalkulyasiya edilməsi və maya dəyərinin çıxarılması;
  • Şirkətdə göstərilən xidmətlər və satılmış mallara görə qaimələrin 1 C və E taxes proqramlarına işlənməsi  ;
  • Servisə aid xidmət müqavilələrinin hazırlanması və qiymət təkliflərinin müştərilərə yönləndirilməsi;
  • Mal-material və xidmətlərin alış və satış əməliyyatlarının uçotunu aparmaq və nəzarət etmək;
  • Anbar qalıqlarının dəqiqliyini yoxlamaq və anbar hərəkətlərinə nəzarət etmək;
  • Audit və vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri təqdim etmək və prosesdə iştirak etmək;
  • Gündəlik kassaya nəzarət;
  • Rəhbərliyə aylıq maliyyə nəticələri və satış göstəriciləri barədə hesabat təqdim etmək;
  • Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında və dəqiq icra etmək.

Namizədə dair tələblər:

  • Minimum 2 il mühasibatlıq sahəsində iş təcrübəsi;
  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə);
  • Microsoft Office proqramlarını  və 1C proqramını yaxşı səviyyədə bilmək;
  • Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Peşəkar Mühasib Sertifikatı (PMS) və ya ACCA üstünlük hesab olunur;
  • Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
  • Analitik düşünmə bacarığı, məsuliyyətlilik və operativlik.

İş şəraiti:

  • İş qrafiki: həftə içi 6 gün, 10:00–18:00; şənbə günü 10:00-15:00
  • Əməkhaqqı 1500-1700 AZN (müsahibə əsasında razılaşdırılacaq).
  • İş yerinin ünvan: Babək prospekti 44 A

Müraciət qaydası:

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly610
  • Monthly1178