Baş mühasibin müavini

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasibin müavini

  • Deadline 21 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Maliyyə əməliyyatlarının düzgün uçotunu aparmaq və daxili nəzarət sisteminə dəstək vermək;
  • Vergi hesabatlarının hazırlanması üçün ilkin uçot əməliyyatlarını aparmaq və hesabatların düzgünlüyünü təmin etmək;
  • Xarici alış əməliyyatlarını icra etmək və onların düzgün sənədləşməsini təmin etmək;
  • Gömrük bəyannamələrini yoxlamaq və gömrük orqanları ilə hesablaşmaları aparmaq;
  • Xarici ödənişlərin həyata keçirilməsini təşkil etmək və xarici təchizatçılarla hesablaşmaları aparmaq;
  • Mal-material və xidmətlərin alış və satış əməliyyatlarının uçotunu aparmaq və nəzarət etmək;
  • İstehsal prosesinin uçotunu təşkil etmək, spesifikasiya, kalkulyasiya və maya dəyəri hesabatlarını hazırlamaq;
  • İstehsal zamanı istifadə olunan xammal, material və digər resursların uçotunu aparmaq və prosesin fasiləsizliyini təmin etmək;
  • Ambar qalıqlarının dəqiqliyini yoxlamaq və ambar hərəkətlərinə nəzarət etmək;
  • Audit və vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri təqdim etmək və prosesdə iştirak etmək;
  • İstehsal, satış və maya dəyəri üzrə analitik hesabatlar hazırlamaq, maya dəyərinə təsir edən amilləri təhlil etmək;
  • Rəhbərliyə aylıq maliyyə nəticələri, istehsal və satış göstəriciləri barədə hesabat təqdim etmək;
  • Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında və dəqiq icra etmək.

Namizədə dair tələblər

  • Minimum 2 il mühasibatlıq sahəsində iş təcrübəsi;
  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə);
  • Microsoft Office proqramlarını  və 1C proqramını yaxşı səviyyədə bilmək;
  • Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Peşəkar Mühasib Sertifikatı (PMS) və ya ACCA üstünlük hesab olunur;
  • Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
  • Analitik düşünmə bacarığı, məsuliyyətlilik və operativlik.

İş şəraiti

  • İş qrafiki: həftə içi 5 gün, 09:00–18:00;
  • Rəqabət qabiliyyətli əməkhaqqı (müsahibə əsasında razılaşdırılacaq).

Müraciət qaydası

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Baş mühasibin müavini” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily17
  • Weekly618
  • Monthly1865