Tələblər:
- Ali təhsil (inşaat/texniki sahə)
- Layihələndirmə metodları və texniki-iqtisadi hesablamaların aparılması barədə biliklər.
İsitmə, ventilyasiya, havanın kondisiyalaşdırılması və qaz təchizatı sistemlərinin hesablanması.
(İstilik itkiləri, hidravlik hesablamalar, id-diagramı və s.) - Layihə-texniki sənədlərin hazırlanması qaydaları və tərtibatı barədə biliklər.
- AutoCAD və digər müvafiq proqramlar üzrə biliklər.
- Normativ sənədlər (СНиП, ГОСТ) barədə biliklər.
- İVK sistemlərində istifadə olunan materiallar və avadanlıqlar barədə biliklər.
- Hazırlanmış sənədlərin razılaşdırılması təcrübəsi.
- Müəllif və texniki nəzarət təcrübəsi.
- İVK mühəndisi olaraq 5 ildən çox iş təcrübəsi.
Vəzifələr:
- Texniki həllərin hazırlanması.
- Layihələrə müəllif nəzarəti və texniki dəstək.
- Obyektlərin yoxlanılması və icra üçün sənədlərin hazırlanması.
- Layihələrin müvafiq qurumlarla (Dövlət Ekspertizası) razılaşdırılması və müdafiəsi;
- Əlaqəli şöbələrlə əməkdaşlıq.
Ümumi məlumat:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 5 gün/ 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00 – 14:00
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul
Zəhmət olmasa, tələblərə uyğun namizədlər “Mövzu” bölməsinə müraciət etdikləri vəzifənin adını qeyd edərək CV və Portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.