Vəzifə öhdəliyi:
- İstilik, ventilyasiya və kondisionerləşmə (İVK) sistemlərinin layihələndirilməsi;
- Layihələrə müəllif nəzarəti və texniki dəstək;
- Obyektlərin yoxlanılması və icra sənədlərinin hazırlanması;
- Layihələrin müvafiq qurumlarla (ekspertiza) razılaşdırılması və müdafiəsi;
- Əlaqəli şöbələrlə qarşılıqlı əməkdaşlığın təmin edilməsi;
- Texniki həllərin işlənməsi.
Tələblər:
- Ali təhsil (inşaat/ texniki sahə);
- Layihələndirmə və texniki-iqtisadi hesablamaların aparılması bilikləri;
- Layihə-texniki sənədlərin hazırlanması və tərtib edilməsi qaydalarını bilmək;
- AutoCAD və digər layihələndirmə proqramlarından istifadə etmək bacarığı;
- Normativ sənədlər (СНиП, ГОСТ) haqqında məlumat;
- İVK sistemlərində istifadə olunan materiallar və avadanlıqlar haqqında biliklər;
- Hazırlanmış sənədlərin razılaşdırılması təcrübəsi;
- Müəllif və texniki nəzarət təcrübəsi;
- İVK mühəndisi kimi ən azı 5 illik iş təcrübəsi.
Ümumi məlumat:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 5 gün/ 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00 – 14:00
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.
- Azərbaycan Respublikası-nın Əmək Məcəlləsinə əsasən işə qəbul