Vəzifə öhdəlikləri:
- İstilik, ventilyasiya və kondisionerləşmə (İVK) sistemlərinin layihələndirilməsi;
- Layihələrə müəllif nəzarəti və texniki dəstək;
- Obyektlərin yoxlanılması və icra sənədlərinin hazırlanması;
- Layihələrin müvafiq qurumlarla (ekspertiza) razılaşdırılması və müdafiəsi;
- Əlaqəli şöbələrlə qarşılıqlı əməkdaşlığın təmin edilməsi;
- Texniki həllərin işlənməsi.
Tələblər:
- Ali təhsil (müvafiq sahədə);
- Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il);
- Layihələndirmə və texniki-iqtisadi hesablamaların aparılması bilikləri;
- Layihə-texniki sənədlərin hazırlanması və tərtib edilməsi qaydalarını bilmək;
- AutoCAD və digər layihələndirmə proqramlarından istifadə etmək bacarığı;
- Normativ sənədlər (СНиП, ГОСТ) haqqında məlumat;
- İVK sistemlərində istifadə olunan materiallar və avadanlıqlar haqqında biliklər;
- Hazırlanmış sənədlərin razılaşdırılması təcrübəsi;
- Müəllif və texniki nəzarət təcrübəsi.
Ümumi məlumat:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: 5 gün/ 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
Zəhmət olmasa, uyğun namizədlər CV və Portfoliolarını mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərlər. Yalnız qeyd olunan vəzifələr üzrə mütəxəssislər axtarılır.