Tələblər:
- Ali təhsil (memarlıq sahəsi üzrə)
- Tikinti norma və qaydalarına dair biliklər.
- AutoCAD, ArchiCAD, 3Dsmax və s. proqramlar üzrə biliklər.
- Normativ sənədlər (СНиП, ГОСТ) barədə biliklər.
- Hazırlanmış sənədlərin razılaşdırılması təcrübəsi.
- Müəllif və texniki nəzarət təcrübəsi.
- Memar olaraq 3 il iş təcrübəsi.
Vəzifələr:
- Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;
- Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
- Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq, müəllif nəzarətini yerinə yetirmək, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət etmək və aidiyyatı şəxsləri bu tələblərə uyğun istiqamətləndirmək;
- Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş Beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətlər vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
- Lazım olduğu halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də, hər növ məlumat mübadiləsinin müvafiq sənədləşdirilmiş məlumatlara nəzarət proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək;
- İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək.
Ümumi məlumat:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 5 gün/ 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00 – 14:00
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul
Zəhmət olmasa, tələblərə uyğun namizədlər “Mövzu” bölməsinə müraciət etdikləri vəzifənin adını qeyd edərək CV və Portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.