Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu
  • 263

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu

Ali təhsil , Təhsil

Mətbəə və çap işləri üzrə texnik

Mətbəə və çap işləri üzrə texnik

  • Deadline 9 Noyabr 2026

Vəzifə öhdəlikləri:

  • AutoCAD, ArchiCAD, Adobe Photoshop və digər layihələndirmə proqramlarında hazırlanmış sənədlərin redaktə edilməsi, çapa hazırlanması və çap prosesinin həyata keçirilməsi;
  • Çap avadanlıqlarının iş prinsipləri və texniki xüsusiyyətləri barədə məlumatlı olmaq;
  • Çap avadanlıqlarının, qurğularının və alətlərinin texniki vəziyyətini və istismara yararlılığını yoxlamaq;
  • Çap prosesinə, çap keyfiyyətinə və rəng uyğunluğuna nəzarət etmək;
  • Çapa təqdim olunan sənədlərin, qrafik materialların və digər çap fayllarının tamlığını, formatını və keyfiyyətini yoxlamaq;
  • Tapşırıqları müəyyən edilmiş müddətlərdə, dəqiq və keyfiyyətli şəkildə yerinə yetirmək.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (poliqrafiya və çap sahəsində təcrübəyə üstünlük verilir);
  • AutoCAD, ArchiCAD, Adobe Photoshop və Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Çap avadanlıqları haqqında biliklər;
  • Komandada işləmək və işgüzar ünsiyyət bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və təşəbbüskarlıq;
  • Problemləri operativ müəyyənləşdirmək və həll etmək bacarığı.

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00-18:00;
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən ediləcək;
  • İşə qəbul: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.

Vakansiyaya uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına və ya Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily4
  • Weekly592
  • Monthly842