Vəzifə öhdəlikləri:
- AutoCAD, ArchiCAD, Adobe Photoshop və digər layihələndirmə proqramlarında hazırlanmış sənədlərin redaktə edilməsi, çapa hazırlanması və çap prosesinin həyata keçirilməsi;
- Çap avadanlıqlarının iş prinsipləri və texniki xüsusiyyətləri barədə məlumatlı olmaq;
- Çap avadanlıqlarının, qurğularının və alətlərinin texniki vəziyyətini və istismara yararlılığını yoxlamaq;
- Çap prosesinə, çap keyfiyyətinə və rəng uyğunluğuna nəzarət etmək;
- Çapa təqdim olunan sənədlərin, qrafik materialların və digər çap fayllarının tamlığını, formatını və keyfiyyətini yoxlamaq;
- Tapşırıqları müəyyən edilmiş müddətlərdə, dəqiq və keyfiyyətli şəkildə yerinə yetirmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (poliqrafiya və çap sahəsində təcrübəyə üstünlük verilir);
- AutoCAD, ArchiCAD, Adobe Photoshop və Microsoft Office proqramlarında işləmək bacarığı;
- Çap avadanlıqları haqqında biliklər;
- Komandada işləmək və işgüzar ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və təşəbbüskarlıq;
- Problemləri operativ müəyyənləşdirmək və həll etmək bacarığı.
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00-18:00;
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən ediləcək;
- İşə qəbul: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.
Vakansiyaya uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına və ya Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.