Aparıcı biznes analitik

  • Истекает 2 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə Öhdəlikləri:

  • Excel (Power Pivot, Power Query, PivotTable, Data Model) və Power BI vasitəsilə mürəkkəb data modellərinin qurulması və idarə olunması
  • Müxtəlif mənbələrdən daxil olan dataların təmizlənməsi, transformasiyası və analiz üçün hazırlanması
  • Power BI üzərindən interaktiv dashboard və hesabatların hazırlanması, biznes istifadəçiləri üçün vizual analizin təmin edilməsi
  • DAX və Excel funksiyaları vasitəsilə kompleks ölçülər, hesablama məntiqi və analitik modellərin qurulması
  • Zaman seriyaları və performans göstəriciləri üzrə analitik hesabatların hazırlanması
  • Row-level security tətbiq etməklə məlumat təhlükəsizliyinin təmin olunması
  • R dili vasitəsilə statistik analizlər, modelləşdirmə və vizuallaşdırmaların aparılması
  • Biznes problemlərinin data əsaslı yanaşma ilə araşdırılması və nəticələrin aydın formada təqdim edilməsi
  • Mövcud hesabat və modellərin performansının optimallaşdırılması və davamlı təkmilləşdirilməsi

Tələblər:

  • Biznesin idarə edilməsi, statistika, iqtisadiyyat, riyaziyyat, kompüter elmləri və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi
  • Biznes və data analitiki, məlumat təhlili və ya əlaqəli sahələrdə minimum 3 il iş təcrübəsi
  • Excel (Power Pivot, Power Query, PivotTable) yüksək səviyyədə işləmə bacarığı
  • Power BI-da data modelləri qurmaq, DAX ilə ölçülər yazmaq və interaktiv dashboardlar hazırlamaq təcrübəsi
  • Məlumatı təmizləmək, strukturlaşdırmaq və analiz üçün hazır vəziyyətə gətirmək bacarığı
  • R dili və tidyverse ilə data analizi və vizuallaşdırma təcrübəsi
  • Statistik analiz və əsas modelləşdirmə metodları üzrə biliklər
  • Biznes suallarına data əsasında cavab tapmaq bacarığı
  • Analitik düşüncə, detallara diqqət və nəticələri aydın izah etmə qabiliyyəti
  • Komandalarla rahat ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarığı

İş şəraiti:

  • İş qrafiki: 5 günlük (09:00-18:00)
  • Şirkət tərəfindən güzəştlər: GSM limit, nahar xərci
  • Ünvan: Tbilisi ave. 187, AZ1004/ Baku, Azerbaijan

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tel: +994 12 533 66 66

  • Daily76
  • Weekly356
  • Monthly363