Vəzifə öhdəlikləri:
- Texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması;
- Layihəyə dair maraqlı tərəflər ilə görüşlərin təşkili, iş sahəsinin öyrənilməsi və tələblərin dəqiqləşdirilməsi;
- Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müqayisə edilməsi, maraqlı tərəflərlə ilıə razılaşdırılması;
- Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;
- Funksional və qeyri-funksional tələblərin formalaşdırılması, onların prioritetləşdirilməsi və sənədləşdirilməsi;
- İstifadəçi hekayələrinin (user stories), qəbul meyarlarının (acceptance criteria) və istifadə ssenarilərinin hazırlanması;
- Səhifə eskizlərinin hazırlanması;
- Cari və hədəf biznes proseslərin analizi və modelləşdirilməsi (as-is / to-be);
- Biznes prosesləri diaqram və sxemlər əsasında vizuallaşdırılması (BPMN əsasında);
- Proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Prototiplərin maraqlı tərəflərə təqdim olunması və rəylərin toplanması;
- Hazırlanan səhifə və funksionallıqların ilkin qəbul testlərinin aparılması;
- Risklərin müəyyən edilməsi, ölçülməsi və nəzarətin aparılması prosesində iştirak;
- İşlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək;
- Tələblər üzrə prioritetlərin müəyyən edilməsi, “tapşırıqlar hovuzunun” formalaşdırılması, ilkin icra planlarının hazırlanması və milestone-ların müəyyən edilməsi;
- Mövcud informasiya sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
- Gündəlik SCRUM görüşlərində iştirak etmək, tapşırıqların müzakirəsi;
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 6 ay iş təcrübəsi;
- Mükəmməl Azərbaycan dili biliyi (ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlük təşkil edir);
- Yüksək analitik təfəkkür və problem həlletmə bacarığı;
- Operativ qərarvermə bacarığı və punktuallıq;
- BPMN və UML diaqramları ilə iş təcrübəsi;
- Task management alətləri ilə iş təcrübəsi (Azure Boards, Jira və s.);
- SCRUM bilikləri və komandada iş təcrübəsi;
- MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür);
- İlkin səviyyə API və SQL bilikləri;
- Orta səviyyə UI/UX bilikləri;
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı razılaşma ilə;
- İş yeri: Baş ofis, Bakı, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “İT üzrə layihə və təhlil şöbəsinin mütəxəssisi” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.