Vəzifə öhdəlikləri:
- ƏL/TMM Qanundan irəli gələn hesabatların hazırlanması
- Maliyyə əməliyyatların monitorinqi, şübhəli və qeyri-adi əməliyyatların aşkarlanması və təhlil edilməsi;
- Nəzarət orqanı və digər dövlət orqanları tərəfindən daxil olan sorğuların cavablandırılması;
- Filial və digər daxili strukturlar tərəfindən daxil olan sorğuların cavablandırılması;
- Müxbir əlaqələr üzrə ƏL/TMM sahəsinə dair məlumatların toplanması, mübadiləsi və təhlil edilməsi;
- ƏL/TMM üzrə Siyasət və prosedurların effektiv icrasını təmin etmək və əməkdaşlara təlimlər keçmək;
- Yüksək riskli müştərilərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu aparmaq;
- ƏL/TMM üzrə risk qiymətləndirməni aparmaq və nəticələri barədə Məsul şəxsi məlumatlandırmaq;
- ƏL/TMM qanunvericiliyinə görə ssenarilərin yaradılması və optimallaşması;
- ƏL/TMM Qanundan irəli gələn digər məsələlərin həyata keçirilməsi;
Vəzifə üzrə tələblər:
- Minimum 3 il iş təcrübəsi olan (Maliyyə, Bank əməliyyatları, AML və Komplayens sahələri üzrə olunması arzu olunandır);
- AML və Komplayens üzrə beynəlxalq sertifikat (arzu olunandır)
- Yüksək səviyyədə MS Excel bilikləri
- Komandada işləmək bacarığı
- Təqdimat və ünsiyyət bacarığı
- Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili - orta səviyyədə.
- Sürətli öyrənmə qabiliyyəti
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Maliyyə Monitorinqi şöbəsinə baş mütəxəssis” qeyd etməklə CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.