Azərşəkər LLC Azərşəkər LLC
  • 148

Aqronom fizioloq (Torpaqşünas)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aqronom fizioloq (Torpaqşünas)

  • Deadline 17 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkət üzrə torpaq münbitliyi və bitki qidalanması strategiyasının hazırlanması və tətbiqi
  • Torpaq nümunə götürmə sisteminin qurulması, analizlərin interpretasiyası və zonalaşdırması
  • Münbitlik xəritələrinin hazırlanması və əsas torpaq göstəricilərinin monitorinqi
  • Əsas bitkilər üzrə qidalanma konsepsiyaları və gübrələmə proqramlarının hazırlanması
  • Qida normativlərinin hesablanması və vegetasiya dövründə korrektələrin edilməsi
  • Yarpaq analizlərinə əsasən düzəliş planlarının hazırlanması
  • Qida balansının formalaşdırılması, illik gübrə tələbatı və büdcənin planlaşdırılması
  • Gübrə xərclərinin və proqramların iqtisadi səmərəliliyinin təhlili
  • Səpin norması, vaxtı, sort seçimi və becərmə sistemləri üzrə elmi əsaslandırılmış tövsiyələr
  • Bitkilərin inkişaf fazalarına uyğun becərmə və qidalanma planlarının hazırlanması
  • Sahələrdə aqronomik diaqnostika və məhsuldarlıq nəticələrinin təhlili
  • Regionlar üzrə məhsuldarlıq fərqlərinin analiz edilməsi
  • Region və klaster təsərrüfatlarına mütəmadi səfərlər
  • Aqrotexniki əməliyyatların düzgün icrasına nəzarət
  • Region aqronomlarına metodiki və operativ dəstək
  • Soil Health proqramlarının tətbiqi, üzvi maddənin artırılması
  • Cover crop, yaşıl gübrə və minimal becərmə texnologiyalarının təşviqi
  • GIS, rəqəmsal sistemlər və precision fertilization texnologiyalarının tətbiqi
  • Yeni gübrə və qidalanma texnologiyalarının sınağı, elmi qurumlarla əməkdaşlıq

Vəzifə tələbləri:

  • Ali təhsil (Aqronomiya, aqrokimya və ya torpaqşünaslıq üzrə) 
  • Magistr və ya elmi dərəcə üstünlük hesab olunur
  • Minimum 5 il aqrokimya və ya aqronomiya sahəsində təcrübə
  • Böyük sahəli təsərrüfatlarda iş təcrübəsi üstünlükdür
  • Region aqronomu və ya baş aqronom kimi təcrübə arzuolunandır
  • Elmi fəaliyyətlə məşğul olan mütəxəssislər
  • Bitki mühafizəsi üzrə elmi məqalə və tədqiqat təcrübəsi olan namizədlər
  • Uzunmüddətli istehsalat təcrübəsi olan aqronomlar
  • Həm nəzəri, həm də praktiki biliklərə malik mütəxəssislər
  • Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik;
  • Azərbaycan dili səlis, İngilis dili arzuolunandır
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Əlavə məlumat:

  • Struktur: Aqrar əməliyyatlar bloku, Aqranomiya və ekspertiza departamenti
  • Bilavasitə tabe olduğu şəxs: Aqranomiya və ekspertiza departamentinin rəhbəri
  • İş yeri: Regional (Bakı, Yevlax, Şəmkir, Ağcabədi, Beyləqan)
  • İş qrafiki: 5 günlük iş həftəsi (1-5-ci günlər 09:00-18:00);

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını Aqronom fizioloq (Torpaqşünas) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.       

  • Daily0
  • Weekly242
  • Monthly1538