Vəzifə öhdəlikləri:
- Şirkət üzrə torpaq münbitliyi və bitki qidalanması strategiyasının hazırlanması və tətbiqi
- Torpaq nümunə götürmə sisteminin qurulması, analizlərin interpretasiyası və zonalaşdırması
- Münbitlik xəritələrinin hazırlanması və əsas torpaq göstəricilərinin monitorinqi
- Əsas bitkilər üzrə qidalanma konsepsiyaları və gübrələmə proqramlarının hazırlanması
- Qida normativlərinin hesablanması və vegetasiya dövründə korrektələrin edilməsi
- Yarpaq analizlərinə əsasən düzəliş planlarının hazırlanması
- Qida balansının formalaşdırılması, illik gübrə tələbatı və büdcənin planlaşdırılması
- Gübrə xərclərinin və proqramların iqtisadi səmərəliliyinin təhlili
- Səpin norması, vaxtı, sort seçimi və becərmə sistemləri üzrə elmi əsaslandırılmış tövsiyələr
- Bitkilərin inkişaf fazalarına uyğun becərmə və qidalanma planlarının hazırlanması
- Sahələrdə aqronomik diaqnostika və məhsuldarlıq nəticələrinin təhlili
- Regionlar üzrə məhsuldarlıq fərqlərinin analiz edilməsi
- Region və klaster təsərrüfatlarına mütəmadi səfərlər
- Aqrotexniki əməliyyatların düzgün icrasına nəzarət
- Region aqronomlarına metodiki və operativ dəstək
- Soil Health proqramlarının tətbiqi, üzvi maddənin artırılması
- Cover crop, yaşıl gübrə və minimal becərmə texnologiyalarının təşviqi
- GIS, rəqəmsal sistemlər və precision fertilization texnologiyalarının tətbiqi
- Yeni gübrə və qidalanma texnologiyalarının sınağı, elmi qurumlarla əməkdaşlıq
Vəzifə tələbləri:
- Ali təhsil (Aqronomiya, aqrokimya və ya torpaqşünaslıq üzrə)
- Magistr və ya elmi dərəcə üstünlük hesab olunur
- Minimum 5 il aqrokimya və ya aqronomiya sahəsində təcrübə
- Böyük sahəli təsərrüfatlarda iş təcrübəsi üstünlükdür
- Region aqronomu və ya baş aqronom kimi təcrübə arzuolunandır
- Elmi fəaliyyətlə məşğul olan mütəxəssislər
- Bitki mühafizəsi üzrə elmi məqalə və tədqiqat təcrübəsi olan namizədlər
- Uzunmüddətli istehsalat təcrübəsi olan aqronomlar
- Həm nəzəri, həm də praktiki biliklərə malik mütəxəssislər
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik;
- Azərbaycan dili səlis, İngilis dili arzuolunandır
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
- Struktur: Aqrar əməliyyatlar bloku, Aqranomiya və ekspertiza departamenti
- Bilavasitə tabe olduğu şəxs: Aqranomiya və ekspertiza departamentinin rəhbəri
- İş yeri: Regional (Bakı, Yevlax, Şəmkir, Ağcabədi, Beyləqan)
- İş qrafiki: 5 günlük iş həftəsi (1-5-ci günlər 09:00-18:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını Aqronom fizioloq (Torpaqşünas) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.