Vəzifə öhdəlikləri:
- Müəssisə və kənd təsərrüfatı sahələrinin elektrik təhcizatı sistemlərini və onların qəzasız istismarınin təşkili qaydalarını;
- Elektrik qurğularının quruluşu və istismar qaydalarını;
- Transformator yarımstansiyalarının quruluşunu və istismar qaydalarını;
- Layihələrdə tələb olunan elektrik, kabel, naqil və s. elektrik cihaz və qurguların seçilməsini;
- Elektrik qurğu və binaların layihələndirilməsinə texniki tapşırıqların hazırlanmasını;
- Yüksək gərginliklə işləyən elektrik qurğularının, elektrik mühərriklərinin və başqa elektrik maşınlarının təhlükəsiz istimarının təşkili qaydalarını;
- Elektrik cərəyanından zədələnmə hallarının qarşısını almaq üçün tələb olunan mühafizə vasitələrinin tətbiqi qaydalarını;
- Elektrik qurğularında təhlükəsizliyi təmin etmək üçün qoruyucu torpaqlama, işçi torpaqlama və s. mühafizə vasitələrinin tətbiqi qaydalarını;
- Hərəkətdə olan elektrik qurğularının torpaqlanması qaydalarını;
- Qaz xətlərinin, hava xətlərinin və stasionar kompressorların təhlukəsiz istismari və quruluşu qaydalarını;
- Dəyişən və sabit cərəyan,elektrik maşın, mexanizmələrin istismarı və təmiri qaydalarını;
- Təzyiq altında işləyən tutumların istismarı və quruluşu qaydalarını;
- Yükqaldırıcı kranların təhlükəsiz istismarı və quruluşu qaydalarını bilməlidir.
Vəzifə tələbləri:
- Müvafiq sahə üzrə Ali təhsilli;
Energetika sahəsində 5 ildən çox iş təcrübəsi; - Məsuliyyətlilik və komandada işləmək bacarığı;
- Müvafiq kompüter proqramları biliyi;
Əlavə məlumat:
- Struktur: Ağcabədi təsərrüfatı
- Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
- İş yeri: Ağcabədi rayonu
- İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Baş energetik) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq