Vəzifə öhdəlikləri:
- Müəssisənin və sahənin mexaniki avadanlıqlarının fasiləsiz və səmərəli işləməsini təmin etmək;
- Mexaniki avadanlıqların quraşdırılması, sazlanması, təmiri və texniki baxışını təşkil etmək;
- Nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması üzrə tədbirlər görmək;
- Avadanlıqların təhlükəsiz və düzgün istismarı qaydalarına nəzarət etmək;
- İstehsalat prosesində istifadə olunan mexaniki qurğuların işə yararlılığını təmin etmək;
- Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək və heyətin bu qaydalara əməl etməsinə nəzarət etmək;
- Ehtiyat hissələrinin uçotunu və təminatını təşkil etmək;
- Plana uyğun olaraq texniki profilaktik və cari təmir işlərini yerinə yetirmək.
Vəzifə tələbləri:
- Müvafiq sahə üzrə ali və ya Peşə ixtisas təhsili;
- Mexanika və texniki istismar sahəsində minimum 3 il iş təcrübəsi;
- Komandada işləmək və rəhbərlik etmək bacarığı;
- Problemləri operativ həll etmə bacarığı və təşəbbüskarlıq;
- Məsuliyyətli və dəqiq olmaq.
Əlavə məlumat:
- Struktur: Ağcabədi təsərrüfatı
- Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
- İş yeri: Ağcabədi rayonu
- İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Baş Mexanik-Ağcabədi) qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.