Azərşəkər LLC Azərşəkər LLC
  • 212

Azərşəkər LLC

Food Products , Agricultural Products

Baş Mexanik

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş Mexanik

  • Истекает 22 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin və sahənin mexaniki avadanlıqlarının fasiləsiz və səmərəli işləməsini təmin etmək;
  • Mexaniki avadanlıqların quraşdırılması, sazlanması, təmiri və texniki baxışını təşkil etmək;
  • Nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması üzrə tədbirlər görmək;
  • Avadanlıqların təhlükəsiz və düzgün istismarı qaydalarına nəzarət etmək;
  • İstehsalat prosesində istifadə olunan mexaniki qurğuların işə yararlılığını təmin etmək;
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək və heyətin bu qaydalara əməl etməsinə nəzarət etmək;
  • Ehtiyat hissələrinin uçotunu və təminatını təşkil etmək;
  • Plana uyğun olaraq texniki profilaktik və cari təmir işlərini yerinə yetirmək.

Vəzifə tələbləri:

  • Müvafiq sahə üzrə ali və ya Peşə ixtisas təhsili;
  • Mexanika və texniki istismar sahəsində minimum 3 il iş təcrübəsi;
  • Komandada işləmək və rəhbərlik etmək bacarığı;
  • Problemləri operativ həll etmə bacarığı və təşəbbüskarlıq;
  • Məsuliyyətli və dəqiq olmaq.

Əlavə məlumat:

  • Struktur: Ağcabədi təsərrüfatı
  • Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
  • İş yeri: Ağcabədi rayonu
  • İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00);

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Baş Mexanik-Ağcabədi) qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

  • Daily139
  • Weekly385
  • Monthly2123