Azərşəkər LLC Azərşəkər LLC
  • 305

Azərşəkər LLC

Food Products , Agricultural Products

Bitki mühafizəsi üzrə aqronom

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bitki mühafizəsi üzrə aqronom

  • Deadline 17 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkət üzrə bitki mühafizəsi və IPM strategiyasının hazırlanması və tətbiqi
  • Əsas bitkilər üzrə mühafizə konsepsiyalarının formalaşdırılması
  • Kimyəvi, bioloji və aqrotexniki tədbirlərin inteqrasiyası
  • Korporativ standart və metodologiyaların hazırlanması
  • Zərərverici, xəstəlik və alaq monitorinq sisteminin qurulması
  • Risk xəritələri, economic threshold və proqnozlaşdırma modellərinin hazırlanması
  • Skautinq protokolları və fitosanitar diaqnostika
  • Regionlar üzrə fitosanitar vəziyyət və risk fərqlərinin təhlili
  • Rezistentlik risklərinin idarə olunması strategiyaları
  • Bitkilər üzrə pestisid tətbiqi sxemlərinin hazırlanması və korrektəsi
  • Preparatların effektivlik və iqtisadi səmərəlilik təhlili
  • Sahələrdə mühafizə tədbirlərinin icrasına nəzarət
  • Region aqronomlarına metodiki və operativ dəstək
  • İllik pestisid tələbatı və büdcənin hazırlanması
  • Xərclərin optimallaşdırılması və proqramların iqtisadi effektinin qiymətləndirilməsi
  • Mühafizə tədbirlərinin məhsuldarlığa təsirinin təhlili
  • Monitorinq və mühafizə məlumatlarının rəqəmsal sistemlərdə idarəsi
  • GIS-də risk və yayılma xəritələrinin qurulması
  • Rəqəmsal skautinq və erkən xəbərdarlıq sistemlərinin tətbiqi
  • Yeni pestisid və bioloji texnologiyaların sınağı, demo sahələr və elmi əməkdaşlıq

Vəzifə tələbləri:

  • Ali təhsil (Aqronomiya, bitki mühafizəsi və ya bitki patologiyası üzrə) 
  • Magistr və ya elmi dərəcə üstünlük hesab olunur
  • Minimum 5 il bitki mühafizəsi və ya aqronomiya sahəsində təcrübə
  • Böyük sahəli təsərrüfatlarda iş təcrübəsi üstünlükdür
  • Region aqronomu və ya baş bitki mühafizə mütəxəssisi kimi təcrübə arzuolunandır
  • Elmi fəaliyyətlə məşğul olan mütəxəssislər
  • Bitki mühafizəsi üzrə elmi məqalə və tədqiqat təcrübəsi olan namizədlər
  • Uzunmüddətli istehsalat təcrübəsi olan aqronomlar
  • Həm nəzəri, həm də praktiki biliklərə malik mütəxəssislər
  • Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik;
  • Azərbaycan dili səlis, İngilis dili arzuolunandır
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Əlavə məlumat:

  • Struktur: Aqrar əməliyyatlar bloku, Aqranomiya və ekspertiza departamenti
  • Bilavasitə tabe olduğu şəxs: Aqranomiya və ekspertiza departamentinin rəhbəri
  • İş yeri: Regional (Bakı, Yevlax, Şəmkir, Ağcabədi, Beyləqan)
  • İş qrafiki: 5 günlük iş həftəsi (1-5-ci günlər 09:00-18:00);

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Bitki mühafizəsi üzrə aqronom) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.  

  • Daily0
  • Weekly242
  • Monthly1538