Vəzifə öhdəlikləri:
- Şirkət üzrə bitki mühafizəsi və IPM strategiyasının hazırlanması və tətbiqi
- Əsas bitkilər üzrə mühafizə konsepsiyalarının formalaşdırılması
- Kimyəvi, bioloji və aqrotexniki tədbirlərin inteqrasiyası
- Korporativ standart və metodologiyaların hazırlanması
- Zərərverici, xəstəlik və alaq monitorinq sisteminin qurulması
- Risk xəritələri, economic threshold və proqnozlaşdırma modellərinin hazırlanması
- Skautinq protokolları və fitosanitar diaqnostika
- Regionlar üzrə fitosanitar vəziyyət və risk fərqlərinin təhlili
- Rezistentlik risklərinin idarə olunması strategiyaları
- Bitkilər üzrə pestisid tətbiqi sxemlərinin hazırlanması və korrektəsi
- Preparatların effektivlik və iqtisadi səmərəlilik təhlili
- Sahələrdə mühafizə tədbirlərinin icrasına nəzarət
- Region aqronomlarına metodiki və operativ dəstək
- İllik pestisid tələbatı və büdcənin hazırlanması
- Xərclərin optimallaşdırılması və proqramların iqtisadi effektinin qiymətləndirilməsi
- Mühafizə tədbirlərinin məhsuldarlığa təsirinin təhlili
- Monitorinq və mühafizə məlumatlarının rəqəmsal sistemlərdə idarəsi
- GIS-də risk və yayılma xəritələrinin qurulması
- Rəqəmsal skautinq və erkən xəbərdarlıq sistemlərinin tətbiqi
- Yeni pestisid və bioloji texnologiyaların sınağı, demo sahələr və elmi əməkdaşlıq
Vəzifə tələbləri:
- Ali təhsil (Aqronomiya, bitki mühafizəsi və ya bitki patologiyası üzrə)
- Magistr və ya elmi dərəcə üstünlük hesab olunur
- Minimum 5 il bitki mühafizəsi və ya aqronomiya sahəsində təcrübə
- Böyük sahəli təsərrüfatlarda iş təcrübəsi üstünlükdür
- Region aqronomu və ya baş bitki mühafizə mütəxəssisi kimi təcrübə arzuolunandır
- Elmi fəaliyyətlə məşğul olan mütəxəssislər
- Bitki mühafizəsi üzrə elmi məqalə və tədqiqat təcrübəsi olan namizədlər
- Uzunmüddətli istehsalat təcrübəsi olan aqronomlar
- Həm nəzəri, həm də praktiki biliklərə malik mütəxəssislər
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik;
- Azərbaycan dili səlis, İngilis dili arzuolunandır
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
- Struktur: Aqrar əməliyyatlar bloku, Aqranomiya və ekspertiza departamenti
- Bilavasitə tabe olduğu şəxs: Aqranomiya və ekspertiza departamentinin rəhbəri
- İş yeri: Regional (Bakı, Yevlax, Şəmkir, Ağcabədi, Beyləqan)
- İş qrafiki: 5 günlük iş həftəsi (1-5-ci günlər 09:00-18:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Bitki mühafizəsi üzrə aqronom) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.