Azərşəkər LLC Azərşəkər LLC
  • 188

Ehtiyyat hissələrin planlaşdırma və sifarişi üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ehtiyyat hissələrin planlaşdırma və sifarişi üzrə mütəxəssis

  • Deadline 26 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Ehtiyat hissələrinin müxtəlif mənbələrdən (internet, kataloq, B2B platformalar və dilerlərdən) kodlarını müəyyən edir, hissələrin modellərə uyğunluğunu yoxlayır, orijinal və analoji hissələri araşdırır, hissələrin orijinallığını kodla yoxlayır. 
  • Satınalma üçün texniki tapşırıq və sifariş tələbi formalaşdırır, bütün məlumatları daxil edir: kataloq kodu, miqdar, texnika modeli, təsvirlər.
  • ERP sistemi üzərindən rəsmi sifariş yaradır.
  • Zəruri ehtiyat hissələrinin plan siyahısını tərtib edir, sifarişlərin prioritetlərini, mövsümi tələb və istehlak normasını müəyyən edir, kritik ehtiyatların siyahısını hazırlayır.
  • Keçmiş illərin təmir və TQ tarixçəsini təhlil edir, illik ehtiyat hissələri  planını hazırlanmasında iştirak edir
  • Səpin, becərmə, yığım və payız mövsümləri üçün ehtiyat siyahısı hazırlayır,  filtr, yağ, kəmər, hidravlik şlanq, podşipnik, işçi orqanlar üzrə ehtiyacları planlaşdırır.
  • ERP-də anbar qalıqlarını izləyir, minimum və maksimum ehtiyat səviyyələrini müqayisə edir.
  • Baş mexanik ,mexanik  və anbardarla işləyir, bölmələrdən ehtiyat hissəsi tələblərini toplayır.
  • Ehtiyat hissəsinin uyğunluğunu texniki parametrlərlə yoxlayır,  ölçü, təzyiq, uzunluq, güc və digər parametrləri dəqiqləşdirir.
  • Sifarişlərin çatdırılma vaxtını izləyir,  logistikanı və təchizatçıların icrasını monitorinq edir.
  • Təkrar nasazlıqlar, material sərfiyyatı, qiymət tendensiyalarını təhlil edir, hesabatlar hazırlayır.

Ehtiyat hissələrini qruplara ayırır:

  • kritik ehtiyat
  • mövsümi ehtiyat
  • cari istismar ehtiyatı
  • TO ehtiyatı

Vəzifə tələbləri:

  • Tam orta təhsil (ali təhsil arzuolunandır)
  • İş sahəsi üzrə əsas anlayışlar
  • Operativ düşünmə və stressə davamlılıq
  • Zamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
  • Azərbaycan dili səlis
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Əlavə məlumat:

  • Struktur: Mərkəzi texniki baza
  • Bilavasitə tabe olduğu şəxs: Mərkəzi texniki bazanın rəhbəri
  • İş yeri: Yevlax 
  • İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Ehtiyyat hissələrin planlaşdırma və sifarişi üzrə mütəxəssis) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.       

  • Daily42
  • Weekly349
  • Monthly2029