Azərşəkər LLC Azərşəkər LLC
  • 254

Elektrik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik

  • Deadline 22 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Müəssisə və sahənin elektrik təchizatının dayanıqlı işləməsini təmin etmək;
  • Elektrik avadanlıqlarının quraşdırılması, sazlanması və texniki baxışını həyata keçirmək;
  • Elektrik xətləri, naqillər, açarlar, qoruyucular və digər elektrik komponentlərinin nasazlıqlarını aşkar etmək və aradan qaldırmaq;
  • Avadanlıqların təhlükəsiz istismarı qaydalarına əməl etmək və iş zamanı mühafizə vasitələrindən istifadə etmək;
  • Elektrik qurğularının torpaqlanmasını yoxlamaq və təmin etmək;
  • Elektrik sahəsində sadə ölçü cihazlarından istifadə etməyi bacarmaq;
  • Transformator və digər elektrik qurğularına ilkin texniki xidmət göstərmək;
  • İş zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək

Vəzifə tələbləri:

  • Müvafiq sahə üzrə peşə  təhsilli;
  • Energetika sahəsində 2 ildən çox iş təcrübəsi;
  • Məsuliyyətlilik və komandada işləmək bacarığı;
  • Problemləri operativ həll etmə bacarığı və təşəbbüskarlıq;

Əlavə məlumat:

  • Struktur: Ağcabədi təsərrüfatı
  • Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
  • İş yeri: Ağcabədi rayonu
  • İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00);

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Elektrik-Ağcabədi) qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq

  • Daily0
  • Weekly385
  • Monthly2122