Azərşəkər LLC Azərşəkər LLC
  • 632

Elektrik mühəndisi

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik mühəndisi

  • Deadline 21 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Texniki tapşırığa əsasən layihə sənədlərini işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
  • Layihələrin hazırlanması, layihənin həyata keçirildiyi ərazilərə baxış keçirmək və işlərin monitorinqini aparmaq;
  • Transformator və elektron avadanlıqlara texniki xidmət göstərmək;
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
  • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
  • Elektrik avadanlıqlarına mütəmadi qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək.

Vəzifə tələbləri:

  • Ali təhsil (Elektrik və elektronika mühəndisliyi, Energetika mühəndisliyi ixtisasları üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması;
  • Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması;
  • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı;
  • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması;
  • Normativ və texniki sənədlərlə işləmək bacarığı;
  • MS Excel, Auto Cad proqramlarında işləmək bacarığı;
  • Texniki istismar qaydaları (TİQ), Təhlükəsizlik texnikası qaydaları (TTQ), Yanğın təhlükəsizlik qaydaları (YTQ) üzrə biliklər;
  • Ezamiyyətlərə getmək imkanı və sürücülük vəsiqəsinin olması.

Əlavə məlumat:

  • Struktur: Texniki Şöbə
  • Bilavasitə tabe olduğu şəxs: Şöbə müdiri
  • İş yeri: Bakı şəhəri və regionlardakı təsərrüfatlar.
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • Son müraciət tarixi: 20.07.2024

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Elektrik mühəndisi) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq!  

  • Günlük22
  • Həftəlik659
  • Aylıq659