Vəzifə öhdəlikləri:
- Kənd təsərrüfatı texnikalarının təsərrüfatlarda gündəlik istismar fəaliyyətinin planlaşdırılması və təşkili;
- Gündəlik istismar qrafiklərinin hazırlanması, texnikanın iş saatlarının və marşrutlarının izlənilməsi;
- TO-1 və TO-2 texniki baxımlarının vaxtında və düzgün icrasına nəzarət edilməsi;
- Texnikada yaranan nasazlıqların operativ aşkar olunması və Təmir şöbəsinə rəsmi şəkildə yönləndirilməsi;
- İstismar heyətinin (mexanizator, traktorçu və s.) fəaliyyətinə nəzarət edilməsi;
- Texnikanın istismarı zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi;
- Yanacaq sərfiyyatı, texnika boşdayanma halları və istismar səmərəliliyinin monitorinqi;
- İstismar fəaliyyəti üzrə gündəlik, aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Təsərrüfat rəhbərləri və aidiyyəti struktur bölmələrlə koordinasiyanın aparılması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
Vəzifə tələbləri:
- Ali təhsil (mühəndislik, mexanika, energetika, sənaye idarəetməsi və ya əlaqəli sahələr)
- Texniki ixtisas üzrə sertifikatlar
- Minimum 3–5 il istismar, texniki xidmət və ya əməliyyatların idarə olunması sahəsində təcrübə
- İstehsalat, aqropark, logistika və ya sənaye müəssisələrində iş təcrübəsi
- Məsuliyyətli və operativ qərarvermə bacarığı
- Stressə davamlılıq
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Komandada işləmək və liderlik qabiliyyəti
- Azərbaycan dili səlis, İngilis dili üstünlükdür
- MS Office proqramları (Excel, Word), ERP və texniki servis sistemləri
Əlavə məlumat:
- Struktur: Mexanizasiya departamenti
- Birbaşa tabe olduğu şəxs: Mexanizasiya departamentinin rəhbəri
- İş yeri: Yevlax və Beyləqan
- İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İstismar üzrə menecer) qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.