Vəzifə öhdəlikləri:
- Keyfiyyət təminatı ilə bağlı proseslərin analiz edilməsi və sənədləşdirilməsində iştirak etmək,
- Keyfiyyət təminatı ilə bağlı bütün növ sənədlərin hazırlanması, yenilənməsi proseslərində dəstək olmaq,
- Struktur üzrə digər bölmələrin işlərinin keyfiyyət təminatı ilə əlaqələndirilməsi və proseslərdə tətbiq edilməsinə dəstək göstərmək,
- Laboratoriya xidmətləri üzrə nümunələrin qəbul edilməsi, qeydiyyatının aparılması,
- Laboratroiya xidmətləri üzrə müqavilələrin hazırlanması və aidiyyatı şöbələrə təqdim edilməsi,
- Daxili audit və gündəlik fəaliyyət zamanı aşkarlanmış uyğunsuzluqlarla bağlı fəaliyyətlərin həyata keçirilməsində iştirak etmək,
- Keyfiyyətlə bağlı monitorinqlərin aparılmasında iştirak etmək.
Vəzifə tələbləri:
- Müvafiq sahə üzrə ali təhsil
- Azərbaycan dili səlis, ingilis və rus dilləri arzu olunandır.
- Ofis proqramları (word, excel, outlook)
Əlavə məlumat:
- Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
- Bilavasitə tabe olduğu şəxs: Keyfiyyətə nəzarət və monitorinq departamentinin rəhbəri
- İş yeri: Bakı şəhəri, Füzuli Orucov küçəsi 35, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (həftə içi saat 09:00-18:00)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Keyfiyyət təminatı üzrə təcrübəçi) qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.