Azərşəkər LLC Azərşəkər LLC
  • 594

Azərşəkər LLC

Food Products , Agricultural Products

Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis (Ağcabədi, Yevlax, Şəmkir)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis (Ağcabədi, Yevlax, Şəmkir)

  • Deadline 12 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Təsərrüfatda aparılan aqrotexniki tədbirlərin keyfiyyətinin yoxlanılması və qeydiyyatı , uyğunsuzluqların müəyyən edilib rəhbərliyə və proses sahibinə məlumat verilməsi və qeydiyyatının aparması
  • Sahələrdə gündəlik monitorinqlərin aparılması
  • Keyfiyyətə nəzarət planına uyğun lazımı tədbirlərin aparılmasın təşkil etmək , standartdan kənara çıxmalar olduqda prosesi durdurmaq və cavabdeh şəxslərə bildirmək
  • Təsərrüfata qəbul olunan mal-materialın (gübrə ,toxum, dərman və. s) qəbulu zamanı keyfiyyət dəyərlərini yoxlamaq, qəbul rəyini vermək
  • Texnikaların, nasosların və pivotların texniki qulluqlarının tərtib olunmuş qrafiklərə uyğun aparılmasını yoxlamaq
  • Həftəlik olaraq anbarlarda malların düzgün şəraitdə saxlanılması və istifadə müddətlərinə nəzarət etmək və qeydiyyatını aparmaq
  • Günlük aparılan monitorinqləri raport halında göndərmək
  • Mövsüm bitdikdən sonra İl ərzində təsərrüfatda qeydə alınan uyğunsuzluqlar və onların həlli istiqamətində görülən tədbirlər haqqında təqdimat hazırlamaq.

Vəzifə tələbləri:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Azərbaycan  dili səlis, ingilis  və rus dilləri arzu olunandır.
  • Ofis proqramları (word, excel, outlook)

Əlavə məlumat:

  • Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
  • Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
  • Funksional rəhbər: Keyfiyyətə nəzarət və monitorinq departamentinin rəhbəri
  • İş yeri: Ağcabədi, Yevlax, Şəmkir təsərrüfatları 
  • İş qrafiki: 6 günlük iş həftəsi  ( həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis və uyğun region) qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq

  • Daily0
  • Weekly706
  • Monthly1343