Azərşəkər LLC Azərşəkər LLC
  • 302

Kiçik aqronom

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiçik aqronom

  • Deadline 14 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Əkin sahələrində gündəlik müşahidələr aparmaq və aqronoma yazılı məlumat təqdim etmək.
  • Xəstəlik, zərərverici və alaq otlarının ilkin əlamətlərini vaxtında aşkar edərək qeydiyyatını aparmaq.
  • Gübrə, pestisid və digər aqrokimyəvi vasitələrin düzgün tətbiqinə nəzarət və istifadə göstəricilərini toplamaq.
  • Sahələrdə suvarma işlərinin vaxtında və düzgün aparılmasına nəzarət etmək.
  • Texnoloji xəritələrin icrasını müşahidə etmək və uyğunsuzluqları rəhbərliyə bildirmək.
  • Bitki inkişaf mərhələlərinə uyğun yemləmə və qulluq tədbirlərinə dəstək vermək.
  • Anbar və sahə arasında material axınının (gübrə, toxum və s.) qeydiyyatına dəstək olmaq.
  • Ay ərzində görülən işlərlə bağlı sadə formatda hesabatların hazırlanmasına yardımçı olmaq.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit qaydalarına əməl etmək.

Vəzifə tələbləri:

  • Kənd təsərrüfatı və ya aqronomiya üzrə texniki və ya ali təhsil (kollec və ya bakalavr səviyyəsi).
  • Əkinçilik sahəsində minimum 6 ay – 1 il praktiki təcrübə (təcrübə dövrü daxil olmaqla).
  • Müşahidəçilik, qeydiyyat və hesabat hazırlama bacarığı.
  • Komanda ilə işləmə, təşəbbüskarlıq və məsuliyyətlilik.

Əlavə məlumat:

  • Struktur: Ağcabədi təsərrüfatı
  • Birbaşa tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
  • Funksional tabe olduğu şəxs: Əməliyyatlar departamenti rəhbəri
  • İş yeri: Ağcabədi rayonu
  • İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00);

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Kiçik aqronom) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq

  • Daily0
  • Weekly115
  • Monthly1868