Azərşəkər LLC Azərşəkər LLC
  • 241

Azərşəkər LLC

Food Products , Agricultural Products

Rəqəmsal aqronomiya və monitorinq platformaları üzrə aparıcı mütəxəsis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Rəqəmsal aqronomiya və monitorinq platformaları üzrə aparıcı mütəxəsis

  • Deadline 4 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Proqramlaşdırma, rəqəmsal alətlərin hazırlanması və avtomatlaşdırma (əsas prioritet)
  • Rəqəmsal aqronomiya və monitorinq sistemlərinin ehtiyaclarına uyğun olaraq skriptlərin, proqram modullarının və daxili tətbiqlərin hazırlanması və təkmilləşdirilməsi (məsələn: Python, SQL, API əsaslı inteqrasiyalar).
  • Elektron jurnallar, peyk monitorinqi, GIS, telemetriya və digər rəqəmsal platformalar üçün məlumat axınlarının qurulması, avtomatlaşdırılması və optimallaşdırılması.
  • Müxtəlif sistemlər və mənbələr arasında məlumatların inteqrasiyası, emalı və strukturlaşdırılması.
  • Hazırlanmış proqram həllərinin elektron jurnallar platformasında, monitorinq və analitika sistemlərində tətbiqinin təmin edilməsi.
  • Mövcud rəqəmsal platformaların funksionallığının genişləndirilməsi və yeni texniki həllərin təşəbbüsü.
  • Elektron jurnallar platforması administrasiyası və müşayiəti.
  • Telemetriya, GPS və texnikanın əməliyyat mərkəzləri administrasiyası və müşayiəti.

Vəzifə tələbləri:

  • Ali təhsil - İnformasiya texnologiyaları üzrə (informasiya texnologiyaları, tətbiqi informatika, biznes-informatika, sistem analizi, kompüter elmləri, proqram mühəndisliyi, data / BI)
  • Texniki və test sənədlərinin hazırlanması və aparılması bacarığı
  • Proqramlaşdırma və ya skript dilləri üzrə biliklər (Python, Java və s.)
  • Məlumat bazaları ilə işləmə bilik (əsas SQL bilikləri üstünlükdür)
  • IT bazası və proqramlaşdırma bacarıqları - kod, data və sistemlərlə işləmək bacarığı
  • Excel və analitik/vizual alətlərlə inamlı işləmə bacarığı
  • Azərbaycan dili səlis, İngilis dili yaxşı;

Aşağıdakı sahələr üzrə bilik və təcrübə üstünlük hesab olunur və iş prosesində öyrədilə bilər:

  • Peyk monitorinqi, NDVI və digər vegetasiya indeksləri
  • GIS və elektron sahə xəritələri
  • Telemetriya və GPS sistemləri
  • Proqramlaşdırma üzrə  baza və praktik təcrübə tələb olunur: skriptlərin və kiçik tətbiqlərin hazırlanması (Python, SQL və ya analoji dillər), məlumatlarla işləmə, API inteqrasiyaları və proseslərin avtomatlaşdırılması. 
  • Rəqəmsal alətlərin müstəqil şəkildə hazırlanması və mövcud həllərin təkmilləşdirilməsi bacarığı 

Əlavə məlumat:

  • Struktur: Əməliyyatlar departamenti
  • Bilavasitə tabe olduğu şəxs: Aqronomiya əməliyyatları üzrə direktor
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Rəqəmsal aqronomiya və monitorinq platformaları üzrə aparıcı mütəxəsis) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.   

  • Daily0
  • Weekly661
  • Monthly668