Vəzifə öhdəlikləri:
- Proqramlaşdırma, rəqəmsal alətlərin hazırlanması və avtomatlaşdırma (əsas prioritet)
- Rəqəmsal aqronomiya və monitorinq sistemlərinin ehtiyaclarına uyğun olaraq skriptlərin, proqram modullarının və daxili tətbiqlərin hazırlanması və təkmilləşdirilməsi (məsələn: Python, SQL, API əsaslı inteqrasiyalar).
- Elektron jurnallar, peyk monitorinqi, GIS, telemetriya və digər rəqəmsal platformalar üçün məlumat axınlarının qurulması, avtomatlaşdırılması və optimallaşdırılması.
- Müxtəlif sistemlər və mənbələr arasında məlumatların inteqrasiyası, emalı və strukturlaşdırılması.
- Hazırlanmış proqram həllərinin elektron jurnallar platformasında, monitorinq və analitika sistemlərində tətbiqinin təmin edilməsi.
- Mövcud rəqəmsal platformaların funksionallığının genişləndirilməsi və yeni texniki həllərin təşəbbüsü.
- Elektron jurnallar platforması administrasiyası və müşayiəti.
- Telemetriya, GPS və texnikanın əməliyyat mərkəzləri administrasiyası və müşayiəti.
Vəzifə tələbləri:
- Ali təhsil - İnformasiya texnologiyaları üzrə (informasiya texnologiyaları, tətbiqi informatika, biznes-informatika, sistem analizi, kompüter elmləri, proqram mühəndisliyi, data / BI)
- Texniki və test sənədlərinin hazırlanması və aparılması bacarığı
- Proqramlaşdırma və ya skript dilləri üzrə biliklər (Python, Java və s.)
- Məlumat bazaları ilə işləmə bilik (əsas SQL bilikləri üstünlükdür)
- IT bazası və proqramlaşdırma bacarıqları - kod, data və sistemlərlə işləmək bacarığı
- Excel və analitik/vizual alətlərlə inamlı işləmə bacarığı
- Azərbaycan dili səlis, İngilis dili yaxşı;
Aşağıdakı sahələr üzrə bilik və təcrübə üstünlük hesab olunur və iş prosesində öyrədilə bilər:
- Peyk monitorinqi, NDVI və digər vegetasiya indeksləri
- GIS və elektron sahə xəritələri
- Telemetriya və GPS sistemləri
- Proqramlaşdırma üzrə baza və praktik təcrübə tələb olunur: skriptlərin və kiçik tətbiqlərin hazırlanması (Python, SQL və ya analoji dillər), məlumatlarla işləmə, API inteqrasiyaları və proseslərin avtomatlaşdırılması.
- Rəqəmsal alətlərin müstəqil şəkildə hazırlanması və mövcud həllərin təkmilləşdirilməsi bacarığı
Əlavə məlumat:
- Struktur: Əməliyyatlar departamenti
- Bilavasitə tabe olduğu şəxs: Aqronomiya əməliyyatları üzrə direktor
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Rəqəmsal aqronomiya və monitorinq platformaları üzrə aparıcı mütəxəsis) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.