Vəzifə öhdəlikləri:
- Taxılın qəbulu zamanı düzgün yönləndirilməsinə nəzarət etmək
- Silo və anbar sistemlərinə taxılın düzgün yerləşdirilməsini təmin etmək
- Taxılın saxlanma şəraitinə (temperatur, nəm, havalandırma) nəzarət etmək
- Zərərvericilərə və kimyəvi çirklənməyə qarşı qorunma tədbirlərini həyata keçirmək
- Taxılın qəbulu və emalı zamanı sort qarışıqlığının qarşısını almaq
- Axış xətlərinin və daşıma sistemlərinin vaxtında təmizlənib dezinfeksiyasına nəzarət etmək
- Qəbul edilən taxılın nəmlik dərəcəsini standartlara uyğun yoxlamaq, uyğunsuzluq halında məsul şəxslərə məlumat vermək
- İdarəetmə otağında və ərazidə olan mexanizm, konveyer və digər avadanlıqların işlək vəziyyətinə nəzarət etmək
- Avadanlıqların vaxtında təmizlənməsini və texniki qulluqunun edilməsini təmin etmək
- Elektrik panolarının təmiz və təhlükəsiz saxlanmasını təmin etmək
- Avtomatik idarəetmə sistemlərinin düzgün işləməsinə nəzarət etmək
Vəzifə tələbləri:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- MS Office istifadə bacarığı (Word, Excel, Power Point); 1 C
- Kənd təsərrüfatı təcrübəsi üstünlükdür.
Əlavə məlumat:
- Struktur: Ağcabədi təsərrüfatı
- Bilavasitə tabe olduğu şəxs: Anbar meneceri
- İş yeri: Ağcabədi rayonu, Avşar kəndi
- İş qrafiki: 6 günlük iş həftəsi (həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Silo operatoru-Ağcabədi təsərrüfatı) qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.