Vəzifə öhdəlikləri:
- Təsərrüfat üzrə suvarma planlarını hazırlamaq və təsdiq üçün rəhbərliyə təqdim etmək.
- Pivot, damcılı və digər suvarma sistemlərinin işini planlaşdırmaq və əlaqələndirmək.
- Suvarma operatorlarının və texniki heyətin gündəlik fəaliyyətini təşkil etmək və nəzarət etmək.
- Suvarma dövrləri və qrafiklərinin icrasına nəzarət etmək, dəyişikliklər barədə rəhbərliyə məlumat vermək.
- Suvarma zamanı istifadə olunan su miqdarını və təzyiq göstəricilərini izləmək və hesabat aparmaq.
- Su mənbələrinin (su anbarı, nasos stansiyası və s.) vəziyyətinə texniki baxış işlərini təşkil etmək.
- Suvarma sistemlərinin texniki baxım və təmir planlarını hazırlamaq və icrasını təmin etmək.
- Suvarma ilə bağlı texniki və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək.
- Suvarma sahəsində yenilik və texnologiyaların tətbiqi ilə bağlı təkliflər vermək.
Vəzifə tələbləri:
- Ali təhsil
- Suvarma sahəsi üzrə əsas anlayışlar
- Minimum 1 il iş təcrübəsi
- Operativ düşünmə və stressə davamlılıq
- Zamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
- Sahə şəraitində işləmək bacarığı
- Azərbaycan dili səlis
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
- Struktur: Ağcabədi təsərrüfatı
- Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
- Birbaşa rəhbəri: Suvarma sistemləri üzrə aparıcı mütəxəssis
- İş yeri: Ağcabədi rayonu, Salmanbəyli kəndi
- İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Suvarma üzrə mütəxəssis – Ağcabədi) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.