Azərşəkər LLC Azərşəkər LLC
  • 274

Azərşəkər LLC

Food Products , Agricultural Products

Təcrübəçi aqronom

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təcrübəçi aqronom

  • Истекает 14 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Aqronomun nəzarəti ilə əkin sahələrində monitorinqlərdə iştirak etmək.
  • Torpaq və bitki nümunələrinin götürülməsi zamanı müşahidəçi kimi iştirak etmək və qeydiyyat aparmaq.
  • Bitkilərin vəziyyəti ilə bağlı ilkin müşahidələr aparmaq və kənar hallar barədə rəhbərliyə məlumat vermək.
  • Gübrə, pestisid və digər vasitələrin tətbiqi zamanı təhlükəsizlik və düzgünlük qaydalarının öyrənilməsi və tətbiqi.
  • Əkin, suvarma və becərmə işlərində müşahidə aparmaq və sadə qeydiyyat formalarını doldurmaq.
  • Aqronom tərəfindən tapşırılan hesabatların hazırlanmasında kömək etmək.
  • Komandada əməkdaşlıq etmək, gündəlik iş planlarına riayət etmək və təcrübə müddətində aktiv iştirakçı olmaq.

Vəzifə tələbləri:

  • Kənd təsərrüfatı, aqronomiya və ya bağlı sahə üzrə tələbə və ya yeni məzun.
  • Sahə işlərinə maraqlı və öyrənməyə həvəsli olmaq.
  • Yaxşı ünsiyyət bacarıqları və komanda ilə işləmək qabiliyyəti.
  • Əsas ofis proqramlarında (Word, Excel) işləmək bacarığı arzuolunandır.

Əlavə məlumat:

  • Struktur: Ağcabədi təsərrüfatı
  • Birbaşa tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
  • Funksional tabe olduğu şəxs: Əməliyyatlar departamenti rəhbəri
  • İş yeri: Ağcabədi rayonu
  • İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00);

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Təcrübəçi aqronom) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq

  • Daily27
  • Weekly239
  • Monthly1398