Vəzifə öhdəlikləri:
- Texniki bazalarda təmir fəaliyyətlərinin planlaşdırılması və idarə olunması;
- TO-3, TO-4, diaqnostika və ağır təmir işlərinin təşkili və icrasına nəzarət edilməsi;
- Təmirə daxil olan texnikanın prioritetləşdirilməsi və təmir qrafiklərinin hazırlanması;
- Təmir işlərinin texniki standartlara və istehsalçı tələblərinə uyğunluğunun təmin edilməsi;
- Təmir heyətinin (baş mexanik, mexanik, çilingər, qaynaqçı, elektronçu və s.) iş bölgüsünün aparılması;
- Təmir sonrası texnikanın qəbul, sınaq və istismara təhvil proseslərinin təşkili;
- Təkrar nasazlıqlar üzrə səbəb-nəticə analizinin aparılması və preventiv tədbirlərin görülməsi;
- Texniki bazalarda avadanlıq, alət və ehtiyat hissələrinin səmərəli istifadəsinə nəzarət edilməsi;
- Təmir xərcləri, texnika dayanma müddətləri və effektivlik üzrə aylıq hesabatların hazırlanması;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
Vəzifə tələbləri:
- Ali təhsil (mexanika mühəndisliyi, elektrik mühəndisliyi, energetika və ya əlaqəli sahələr)
- Mexaniki və elektrik sistemləri üzrə bilik
- Texniki avadanlıqların istismarı və təmiri üzrə praktiki bacarıq
- Planlaşdırma və texniki problemlərin analizi bacarığı
- Minimum 3–5 il istismar, texniki xidmət və ya əməliyyatların idarə olunması sahəsində təcrübə
- Məsuliyyətli və operativ qərarvermə bacarığı
- Stressə davamlılıq
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Komandada işləmək və liderlik qabiliyyəti
- Azərbaycan dili səlis, İngilis dili üstünlükdür
- ERP və texniki servis proqramları ilə işləmə üstünlükdür
Əlavə məlumat:
- Struktur: Mexanizasiya departamenti
- Birbaşa tabe olduğu şəxs: Mexanizasiya departamentinin rəhbəri
- İş yeri: Yevlax və Beyləqan
- İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Təmir üzrə menecer) qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.