Azersheker Company Azersheker Company
  • 443

Direktor assistenti (Executive Assistant)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Direktor assistenti (Executive Assistant)

  • Deadline 16 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin xülasəsi: Direktor assistenti (Executive Assistant) Şirkətin İdarə Heyətinin sədri ilə çalışır, onun gündəlik işlərinin planlanması və digər strukturlara verilmiş tapşırıqlarla bağlı müvafiq hesabatlar hazırlanması üzrə məsuliyyət daşıyır.
Birbaşa tabeçilik: İdarə Heyətinin sədri.
Əsas öhdəlikləri:

  • Rəhbərin iş qrafiklərini hazırlamaq və onları idarə etmək;
  • Görüş və iclaslar kimi gündəlik işgüzar fəaliyyətləri təşkil etmək;
  • Korporativ yazışmalar və danışıqları idarə etmək;
  • Şirkətin strukturlarına rəhbər tərəfindən verilmiş tapşırıqları izləmək, cari statusları barədə rəhbərə müvafiq hesabatlar hazırlayaraq təqdim etmək;
  • Rəhbərin yerli və beynəlxalq işgüzar səfərlərini tam şəkildə planlaşdırmaq (istiqamət üzrə nəqliyyat, viza, otel və görüşlər);
  • Rəhbər tərəfindən veriləcək xüsusi tapşırıq və layihələrini icra etmək habelə icrası barədə müvafiq hesabatlar hazırlamaq;
  • Rəhbər üçün dövri statistik və analitik hesabatlar hazırlamaq;
  • Qərarların qəbul olunması üçün analizlərin aparılması və təqdimatların hazırlanmasını təmin etmək.

Arzu olunan təhsil səviyyəsi və iş təcrübəsi:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə 3 ilə qədər iş təcrübəsi

Tələb olunan bacarıqlar:

  • Çoxsaylı tapşırıqların idarəedilməsi;
  • Vaxtın idarəedilməsi;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları;
  • Problem həll etmə;
  • Analitik və strateji düşünmə
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi tələb olunur.

Əlavə məlumat:

  • İş yeri: Bakı şəhəri, Zərifə Əliyeva küç.93, BEGOC Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi ( həftə içi saat 09:00-18:00)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Direktor assistenti (Executive Assistant)) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

  • Daily0
  • Weekly696
  • Monthly1519